Texnoloji
İran rəqs edən robot hazırladı - FOTO
İran istehsalı ilk insan robotu olan “Surena”nın yeni versiyasi “Surena III” robotu hazırlanıb.
Publika.az “Fars” agentliyinə istinadən xəbər verir ki, “Surena III” əvvəlki “Surena I” və “Surena II” versiyalarından daha çox əməliyyat həyata keçirə bilir.
Ölkənin qabaqcıl universiteti olan Tehran Universitetinin alimləri tərəfindən “Surena”nın ilk versiyası 2008-ci ildə hazırlanıb. İran hazırda dünyada insan robot hazırlayan 5 ölkədən biridir.
“Surena I” yalnız ona verilən mətndəki məlumatları oxuya bilir və uzaqdan verilən komanda ilə idarə olunurdu. 2010-cu ildə hazırlanan “Surena II” isə hərəkət edə və 22 dərəcə dönə bilirdi. Ancaq robot istehsalçıları “Surena II” versiyasını gerçək bir robot olaraq xarakterizə etmədilər, çünki robotda senzorlar yox idi.
“Surena III” isə rəqs edə və 31 dərəcə çevrilə bilir. Sonuncu versiya “Surena II” ilə müqayisədə daha sürətli hərəkət edir. “Surena III” saatda 3 kilometr sürətlə hərəkət edir. Bundan başqa, fars dilində 200 sözü qəbul edə bilən və öz-özünə danışan “Surena III” senzorlara da sahibdir.
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ

































