Texnoloji
Zükerberq işdən ayrılır
Dünyanın ən böyük sosial şəbəkəsinin yaradıcısı və rəhbəri Mark Zükerberq iki ay müddətinə “Facebook”dakı fəaliyyətində fasilə vermək qərarına gəlib. Özünün şəxsi “Facebook” səhifəsində bu barədə məlumat verən M.Zukerberq 2 aylıq məzuniyyət götürmək haqda qərar qəbul etdiyini qeyd edib.
“Prisilla və mən qızımızın gəlişi üçün hazırlaşmağa başlamışıq. Biz sevimli uşaqlıq kitablarımızı və oyuncaqlarımızı da onun üçün seçmişik. Onun həyatının ilk ayı ərzində işə fasilə vermək niyyətindəyik. Bu, şəxsi qərardır. Mən 2 aylıq məzuniyyət hüququmdan istifadə etmək niyyətindəyəm. Araşdırmalar göstərir ki, işləyən valideynlərin yeni doğulan körpələri üçün vaxt ayırması daha xeyirlidir”.
M.Zukerberqin sözlərinə görə, “Facebook” 4 aylıq analıq məzuniyyəti üçün müavinət ödəyir. Eyni zamanda şirkətin kişi personalı da məzuniyyət götürmək hüququna malikdir.
“Həyatımızda növbəti mərhələyə başladığımız üçün çox sevinirik”, - deyə gələcək ata duyğularını bölüşüb.
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ


































