Texnoloji
“Samsung”dan yeni smartfon
“Samsung” şirkəti “Galaxy J3” - yeni smartfonunu təqdim edib.
“Samsung Galaxy J3” smartfonu 1280 x 720 nöqtə təsvir ölçülü və 294 ppi piksel sıxlığına malik 5 düymlük “Super AMOLED” ekranı, 1,5 QB əməli yaddaş və 8 QB daxili yaddaşla təchiz edilib. Qurğunun prosessoru 1,2 QHs takt tezliyində işləyən 4 hesablama nüvəsinə malikdir.
Telefonun əsas kamerası avtofokus və işıq diodu işıqlandırıcısını dəstəkləyən 8 meqapiksellik təsvir ölçüsünə malikdir. Selfi və videozənglər üçün nəzərdə tutulmuş ön fotomodulun təsvir ölçüsü 5 meqapikseldir.
Qurğunun ölçüsü 142,3 x 71 x 7,9 millimetr, çəkisi 138 qramdır. Smartfon 2600 milliamper/saat tutumunda akkumulyator batareyası, “Wi-Fi 802.11 b/g/n” və “Bluetooth 4.1” simsiz rabitə kontrolleri, “GPS” naviqasiya qəbuledicisi, “LTE” modem və standart ötürücülər dəstinə malikdir. Qurğuya “TouchWiz” interfeysinə malik “Android Lollipop” mobil əməliyyat sistemi quraşdırılıb.
“Samsung Galaxy J3” smartfonunun pərakəndə dəyəri 120 dollar olacaq.
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama


































