Texnoloji
4G texnologiyası, 300 MB sürət - “Azercell”dən möhtəşəm yenilik
Bakıda keçirilən 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində ölkənin lider mobil operatoru “Azercell Telekom” şirkəti ziyarətçilərə bir sıra yeniliklərini təqdim edib.
Publika.az xəbər verir ki, şirkətin tədbirdə çıxış edən prezidenti Vahid Mürsəliyev bildirib ki, 4G texnologiyası 300 MB-ə çatan inanılmaz sürətə və İnternet istifadəçilərinə istənilən yerdə tamamilə bənzərsiz təcrübəyə çıxış açır.
“Şirkətimizin daha bir texnoloji yeniliyi Wİ-Fİ üzərindən səsli xidmətlərlə bağlıdır. Evində və ofisində ADSL xidməti olan müştərilər bu imkandan yararlana biləcəklər. “Azercell” şəbəkəsi zəif olan yerlərdə ADSL Wİ-Fİ şəbəkəsindən istifadə edib danışacaqlar. Bu zaman tariflər mövcud tariflərdən daha ucuz olacaq. Bu texnologiyanı Azərbaycana gətirərkən lisenziya almaq üçün müraciət edəcəyik. Texnologiyanın nə vaxt gətiriləcəyi dəqiq olmasa da, 2016-cı ilin sonuna qədər istifadə etməyi planlayırıq. Amma bu iş qısa zamanda da həyata keçirilə bilər. Bu, texnologiya bazarında ən son texnologiyadır, “Azercell” də bu xidməti ölkəyə gətirən ilk şirkət olacaq”, -prezident deyib.
Şirkət prezidenti “Azercell” stendinin “Yeni xidmətlər” hissəsində kitabsevərləri xüsusi hədiyyə gözlədiyini bildirib: “Şirkətin təqdim etdiyi Bookmate mobil proqram vasitəsilə telefonda, planşetdə və kompüterdə minlərlə əsəri əldə edib oxumaq mümkündür. Endirimli abunə məbləği müqabilində “Azercell” abunəçiləri bədii, klassik, müasir və biznes ədəbiyyatından istənilən nümunə ilə tanış ola bilərlər. Abunəçilər kitabı yüklədikdən sonra internetə daxil olmadan kitabı oxuya biləcəklər. “Zvooq” şirkəti ilə əməkdaşlıqda baş tutan yeni “Music Streaming” proqramı çərçivəsində “Azercell”lilər müxtəlif janrlı musiqi parçasını dinləmək imkanı əldə edirlər”.
Vahid Mürsəliyev vurğulayıb ki, bu gün “Azercell” şirkətinin 4,5 milyon abonenti var. Bir neçə aydır, bu abonent sayı stabildir, bu da şirkətin bazar payının stabil olduğunu göstərir.
Şirkət rəhbəri qeyd edib ki, abunəçilər yalnız bu stendlə vizual tanış olmayacaq, həmçinin, təklif olunan yeniliklərdən faydalana biləcəklər.
Bu il “Azercell” şirkəti sərgidə tədris otağında könüllülər üçün müxtəlif mövzularda treninqlər keçirəcək. Sərgi günlərində treninqlər davamlı olacaq. “Azercell” Akademiyası və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin mütəxəssisləri tərəfindən informasiya texnologiyaları, startap proqramları, təqdimat bacarıqları və s. mövzular üzrə keçirilən peşəkar təlimlər istənilən sərgi ziyarətçisi üçün açıq olacaq.
“Azercell” stendini ziyarət edən qonaqları artıq yaxşı tanınan “Əyləncə Zonasında” müxtəlif maraqlı oyunlar, intellektual müsabiqələr və mükafatlar gözləyir.
Gülxar
-
İdman22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
-
Sosial17:47Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı























.png)













