Texnoloji
"Bakcell"dən “ağıllı avtomobil”
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 189 Taksi xidməti ilə birlikdə “Green Car Azerbaijan” MMC tərəfindən təqdim olunan “ağıllı avtomobil”i “Bakutel 2015” sərgisində nümayiş etdirir.
Bakcell stendində nəqliyyat vasitələrində Wi-Fi şəbəkəsinin quraşdırılmasına həsr olunmuş xüsusi guşə yaradlılıb. Stendin ziyarətçiləri ən son Tesla avtomobilini və avtomobil texnologiyasi ilə mobil operatorun necə birlikdə çalışa bildiyini görəcəklər.
189 Taksi xidməti “Bakcell”in ən böyük korporativ müştərilərindən biri və “Ulduzum” sadiqlik porqramının əsas partnyorudur. Bu taksilərdən istifadə edən sərnişinlər pulsuz olaraq “Bakcell”in yüksək sürətli Wi-Fi xidmətindən yararlana bilirlər.
Bunun üçün Bakcell abunəçiləri 189 taksi xidmətinin avtomobillərində “Bakcell”in Wi-Fi şəbəkəsinə qoşulduqdan sonra öz nömrələrini daxil etməli və SMS vasitəsilə aldıqları kodu yığmalıdırlar. Qoşulmanın aktivləşdiyi andan etibarən pulsuz internet bir saat ərzində limitsiz istifadə oluna bilər. Bu xidmətdən istənilən Bakcell abunəçisi və ya rouminqdə olarkən Bakcell şəbəkəsinə qoşulan abunəçi yararlana bilər.
“Bakutel” sərgisi zamanı Bakı Ekspo Mərkəzindən istənilən nöqtəyə taksi sifariş edən Bakcell abunəçiləri “Ulduzum” kodu vasitəsilə 20% endirim əldə edirlər. “Ulduzum” guşəsinin ziyarətçiləri həmçinin monitorda 2D formatında “Rəqəmsal Caynalı Kran” (Digital Claw Crane) oyununda caynağı müxtəlif istiqamətlərdə hərəkət etdirməklə proqramın tərəfdaşları tərəfindən təqdim olunan hədiyyələr əldə edir.
Bakcell şirkəti “Bakutel 2015” sərgisinə gələn bütün ziyarətçiləri öz stendinə dəvət edir və onlara xoş və əyləncəli mühitdə ən son texnologiyalardan istifadə edərək imkanı vəd edir.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin 93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
-
Magazin213:25Məşhur tiktokeri maşın vurdu - Sürücü sərxoş olub(VİDEO)
-
Avropa13:14Qəribə qərar: Quraqlıq zamanı su pulu artacaq
-
Ekologiya13:02Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
-
MDB12:30Rusiya ilin ən böyük hücumuna məruz qalıb - Gecə 822 dron vuruldu
-
MDB11:27“Wildberries”in daha bir logistika mərkəzi vuruldu - VİDEO
-
Avropa09:37Britaniyada yanğın dəhşətləri davam edir - Fövqəladə vəziyyət elan edildi
-
İdman08:36Millimizin futbolçusu qol vurdu
-
Hadisə07:47Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu - FOTO



































