Texnoloji
Qafqaz Universitetində “CEO SUMMİT 2015” proqramı keçirilib
Qafqaz Universiteti Texnoparkının İnkubasiya Mərkəzində
fəaliyyət göstərən “Business Talk” şirkəti tərəfindən “CEO SUMMİT
2015” proqramı baş tutub.
Publika.az xəbər verir ki, əsas mövzusu iş həyatı,
karyera, qlobal şirkətlərdə idarəçilik, fərdi inkişaf olan
proqramda Azərbaycan və Türkiyə, həmçinin qlobal şirkətlərdə
fəaliyyət göstərən altı iş adamı təcrübələrini və fikirlərini
iştirakçılarla bölüşüb.
Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov “İş həyatında
təhsilli insan, yoxsa əxlaqlı insan?”, “P&G” şirkətinin
Azərbaycan və Gürcüstan üzrə direktoru Taygun Günay “Qlobal
markalarda idarəçi olmaq”, MADO Azərbaycan şirkətinin təsisçi
ortağı və direktoru Kamran Məşədiyev “Uğurlu biznesin təməlləri”,
“Koç Sistem” şirkətinin Azərbaycan üzrə direktoru Ali B. Kutvan
“Şirkətlərdə Strateji İdarəetmə”, “Mc Donalds” şirkətinin İngiltərə
və Türkiyə üzrə direktoru Ahmet Murtezaoğlu “Markaları marka edən
loqoları deyil, içindəki insanlardır”, “Scentling” Şirkətinin
Azərbaycan, Gürcüstan və İndoneziya üzrə rəhbəri Bəhruz Babayev
“Qlobal biznes əlaqələri” mövzusunda çıxış ediblər.
Auditoriyanın suallarını cavablandıran spikerlər geniş həyat
təcrübələrindən, mümkün maneələr və onların həll yollarından bəhs
edərək, iştirakçıları maraqlandıran mövzulardan danışıblar.
Xatırladaq ki, “CEO SUMMİT 2015” proqramının əsas dəstəkçisi Qafqaz
Universiteti Texnoparkıdır. Texnoparkın könüllüləri layihə rəhbəri
Eyyub Hüseynzadənin təlimatları ilə tədbirin təşkilatçılığında
yaxından iştirak ediblər.
Qafqaz Universitetinin prorektoru, professor Cihan Bulut sammitin
önəmli olduğunu bildirib: “Burada iştirak edən tanınmış iş adamları
öz sahələrində əldə etdikləri təcrübəni paylaşacaqlar.
Qonaqlarımıza iştirak etdikləri üçün universitetimiz adından
təşəkkür edirəm”.
Daha sonra çıxış edən “Business Talk” təşkilatının təsisçisi və
rəhbəri Əyyub Hüseynzadə qeyd edib ki, bu tədbirin təşkil
edilməsində əsas məqsəd bilgi və təcrübənin paylaşılmasıdır:
“Sammitin keçirilməsində məqsədimiz uğurlu biznes sahiblərinin
bilgilərini bizimlə paylaşmasıdır. Bu gün burada iştirak edən
tanınmış iş adamlarına təşəkkür edirik ki, bizim təkliflərimizi
qəbul edib dəyərli vaxtlarını gəncləri maarifləndirmək üçün sərf
edirlər”, - deyə o bildirib.
-
İdman06:46Fyuri dünyanın ən güclü adamanı məğlub etdi - VİDEO
-
Magazin106:16Flora Kərimova ilə arxiv fotosunu paylaşdı
-
Magazin104:44Orxandan Aydınla bağlı ETİRAF: “Kaş meyxana deməzdik” - VİDEO
-
Enerji03:13“Brent” markalı neft kəskin ucuzlaşdı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Subaylar üçün maraqlı bir tanışlıq baş tuta bilər
-
Magazin114 İyun 20:48"O qədər xəyanət etmişəm ki..." - VİDEO
-
Dünya14 İyun 20:24Tramp və Putin bir saat nədən danışıblar? - DETALLAR
-
Art14 İyun 19:24Xalq artistinin səhhəti necədir? - Köməkçisindən AÇIQLAMA
















.jpg)



















