Texnoloji
5 il sonra smartfonları bunlar əvəz edəcək
Smartfonlar növbəti 5 ildə köhnəlmiş cihaz hesab olunacaq.
İsveçin «Ericsson» şəbəkə infrastrukturu 40 ölkədə 100 min adam arasında sorğu aparıb. Ümumi fikri belədir ki, çox yox, cəmi 5 ildən sonra smartfon keçmişdən qalmış bir cihaz sayılacaq.
Onu isə süni intellekt texnologiyası əvəzləyəcək. Obyektlərin qarşılıqlı ünsiyyəti üçün süni intellektin smartfon ekranına ehtiyacı qalmayacaq.
Belə bir arzunun kökündə insanların daha böyük qurğuya ehtiyac duymaları durur. Böyük ekrana malik qurğular isə enerjini çox sərf edir. Araşdırmalara görə, istifadəçilər cihazlarının həm də davamlı işləməsi arzusundadırlar. Ortada ziddiyyət var. Ancaq bu tərs mütənasiblik daha yaxşı ixtiralara ehtiyac olduğunu göstərir.
Rəyi soruşulanların 85 faizi fikirləşir ki, süni intellekt özümüzlə gəzdirə biləcəyimiz «köməkçimiz» rolunu oynayacaq və o çox populyar olacaq. Hər iki nəfərdən biri inanır ki, insanlarla danışa bildiyimiz kimi məişət əşyaları ilə də danışa biləcəyik.
«Ericsson»un hesabatına görə, smartfon istifadəçiləri hesab edirlər ki, süni intellekt bir çox ümumi vəzifələri öz üzərinə götürəcək. Belə vəzifələrə şəbəkədə axtarış aparmaq, əmr qəbul etmək, turist bələdçisi olmaq kimi funksiyalar daxildir.
Süni intellect məhsulları artıq satışa çıxarılıb. «Amazon's Echo» insanların danışa və informasiya ala bildiyi qurğudur. O, hətta musiqi ifa etmək kimi tapşırığı da yerinə yetirir. «Google Now», «Microsoft Cortana» və«Apple's Siri» də süni intellekt əsasında çalışan rəqəmsal fərdi köməkçilərdir.
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi

































