Texnoloji
Obama və Mark Zukerberqin 1 milyon azərbaycanlını maraqlandıran - Qərarı
ABŞ prezidenti Barak Obama özəl hüquqlar və hökumətin izləmə
proqramı ilə bağlı narahat doğuran məsələləri müzakirə etmək üçün
böyük internet şirkətləri və sosial şəbəkələrin rəhbərləri ilə
görüş keçirib.
Publika.Az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, Ağ Ev
rəsmiləri cənab Obamanın altı internet və texnoloji şirkətin
rəhbəri, o cümlədən, Google axtarış şirkətinin prezidenti Erik
Şmidt və «Feysbuk» şirkətinin icraçı direktoru Mark Zukerberqlə
görüşdüyü haqda məlumat verib.
Ağ Evin açıqladığı bəyanatda prezidentin administrasiyanın
insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə imkanlardan
istifadə edildiyi halda, onların özəl hüquqlarının müdafiə edilməsi
üçün mümkün bütün addımların atılacağı ilə bağlı mövqeyini bir daha
təkrar edib.
Şirkət rəhbərləri görüşdən sonra açıqlama verməyib. Lakin keçən
həftə Mark Zukerberq «Feysbuk» səhifəsində hökumətin izləmə
proqramı ilə bağlı narazılığını bildirmək üçün prezident Obamaya
zəng etdiyini yazmışdı.
Yanvar ayında prezident Obama Milli Təhlükəsizlik Agentliyinin
kəşfiyyat məlumatlarını toplaması ilə bağlı islahatları
açıqlamışdı. Buraya agentlyiin dünya üzrə kommunikasiyalar və
xarici ölkə liderlərinin birbaşa izlənməsi ilə əlaqədar bir sıra
dəyişikliklər daxil edilib.
Xatırladaq ki, “Feysbuk” şəbəkəsindən 1 milyondan çox Azərbaycan vətəndaçının istifadə etdiyi bildirilir.
Aydəmir
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?























.jpg)















