Texnoloji
Nazirlikdə “Microsoft” ilə birgə İşçi qrup yaradılır
Rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən Ramin Quluzadə “Microsoft” korporasiyasının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş meneceri Maykl Koqler ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə Azərbaycanın dövlət qurumlarında istifadə olunan “Microsoft” proqram təminatlarının lisenziyalaşdırılması və bu məsələdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaş kimi çıxış etməsi, elektron imza alqoritmlərində yeni texnologiyaların tətbiqi müzakirə olunub.
Maykl Koqler bildirib ki, “Microsoft” Azərbaycanla əməkdaşlığa və bu əməkdaşlığın genişləndirilməsinə maraqlıdır. Ramin Quluzadə nazirliyin qeyd olunan əməkdaşlığa açıq olduğunu deyib və irəli sürülən təkliflər əsasında İşçi qrupun yaradılması təklif olunub.
İşçi qrup mövcud vəziyyəti araşdırmalı və əməkdaşlığın perspektivləri ilə bağlı konkret təkliflər hazırlamalıdır.
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi

































