Texnoloji
Azərbaycanda elektromobil hazırlandı – İLK DƏFƏ – FOTOLAR
Azərbaycanda fəaliyyət göstərən Qafqaz Universitetinin
“Mexanika Mühəndisliyi” laboratoriyası tərəfindən elektromobil
maşın hazırlanıb.
Publika.az xəbər verir ki, müxtəlif sahələrdə
araşdırma işlərinə xüsusi önəm verən Qafqaz Universiteti müəllim və
tələbələrinin, eləcə də kampusdə qurulmuş “Mexanika Mühəndisliyi”
laboratoriyalarının potensialından istifadə edərək “EQUE”
layihəsinin həyata keçirilməsini dəstəkləyib. Belə ki, EQUE
layihəsi Qafqaz Universitetinin maliyyə dəstəyi ilə müəllim və
tələbələr tərəfindən icra olunan layihədir.
Layihə çərçivəsində mühəndisliyin mexanika, kompüter və kimya
bölümlərindən 24 tələbə 13 müxtəlif komanda şəklində fəaliyyət
göstərib. Layihə əsasında elektrik və günəş enerjisi ilə işləyən və
özünəməxsus şəkildə dizayn olunmuş 2 maşın hazırlanıb.
Layihənin adı EQUE (Electromobile of Qafqaz University Engineers)
ingiliscədən tərcümədə “Qafqaz Universiteti mühəndislərinin
elektrik maşını” mənasını verir. İtalyancadan tərcümədə isə “eque”
sözünün mənası “ədalət” deməkdir ki, bu da layihənin hədəfini
simvolizə edir. Layihənin məqsədi müasir texnologiyanın
üstünlüklərindən istifadə edərək, təbiətdən daha az xammal almaq
hesabına ekologiyaya səmərəli olan və insanın enerji istehlakını
minimuma endirən nəqliyyat vasitələrini təqdim etməkdir. Bu
təqdimatla insanların diqqətini daha az enerji istehlakına yönəldən
gənc mühəndislər məhdud enerji resurslarının cəmiyyətdə ədalətli
şəkildə bölünməsi prinsipi üzərində dayanmaqla, alternativ
enerjinin tətbiqini də ön plana çəkiblər.
Qeyd edək ki, maşının hissələrinin hazırlanması üçün universitetin
mexanika laboratoriyasındakı avadanlıqlardan istifadə edilib.
Avtomobilin hissələrinin bir hissəsi alınsa da əksəriyyəti
laboratoriyamızda tələbələrimiz tərəfindən hazırlanıb.
1. EQUE R
Dizayn
- Bənzərsiz
- təkər içi motor
- ekoloji təmiz
- sərfəli
- Texnologiya
- Təməldən qurulma
- Məhdud material istifadəsi
Ölçülər - Ümumi uzunluq: 2860 mm
- Təkər bazası: 2160 mm
- Təkərlər arası məsafə (arxa): 1480 mm
- En: 1645 mm
- Ümumi hündürlük: 1340 mm
- Hündürlük: 680 mm
- Sürmə hündürlüyü: 120 mm
- Xalis kütlə : 250 kg
Güc: 11 kVt Litium ion batareya
Göstəricilər:
- Təcil: 0-100km/saat 6 saniyədə;
- Maksimum sürət: 165km/saat
Bərpaoluna bilən enerji: 50%
Şassi
- Struktur: yüksək ərintili alüminium 6063
- Kapot: karbon lifli
Əyləc
- Hidravlik disk əyləcləri ilə əyləc mexanizmi
- Regenerativ əyləc
Təkər & şin: rütubətli və quru şəraitdə; 165/65 R14
Elektronika - 12V sistem 70 A;
- batareya istilik detektoru;
- Plastik Kart Oxuyucu
- Duman əleyhinə və Neon faralar
Asqı sistemi - İkili ling sistemi
- Amortizator
Sükan sistemi - sadə rul sistemi
- arxa sükan sistemi
- ön sükan bucağının arxa sükan bucağına nisbəti: 3:1
- arxa sürət detektoru
EQUE T
Dizayn - Bənzərsiz
- təkər içi motor
- ekoloji təmiz
- sərfəli
Texnologiya
- Təməldən qurulma
- Məhdud material istifadəsi
Dimensions
- Ümumi uzunluq: 3100 mm
- Ümumi en: 1470 mm
- Ümumi hündürlük: 1900 mm
- Təkər bazası: 2160 mm
- Daxili salon hündürlüyü: 1600 mm
- Dönüş dövrü: 5m
- Maksimum texniki kütlə: 400 kg
- Tutum : 8 insan
Güc:
- 4kVt Litium ion fosfat batereya
- Günəş paneli: 122V 9A 1.1kVt
Göstəricilər
- Maksimum sürət: 60 km/saat
Bərpaoluna bilən enerji: 50%
Şassi
Yüngül dərəcəli polad
Əyləc
- Hidravlik disk əyləcləri ilə əyləc mexanizmi
- Regenerativ əyləc
Təkər & şin: rütubətli və quru şərait; 205/30
R12
Elektronika
- Plastik Kart Oxuyucu
- LED fara
- Kontrol sistem günəş paneli
Asqı sistemi
- İkili ling sistemi
- Amortizator
Sükan sistemi
- Sadə rul sistemi
-
Nida Xəbər 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
-
Sosial17:47Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı
-
Sosial17:35Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
-
Səhiyyə15:30Bakıda bu poliklinikada şəkər xəstələrinə dərman verilmir - Səbəb nədir?















.jpg)







.png)















