Texnoloji
“Gmail”ə girmək üçün şifrəyə ehtiyac olmayacaq
“Google” yaxın zamanda şifrə tələb etmədən “gmail” də daxil olmaqla bütün xidmətlərini istifadəyə təqdim edəcək.
Publika.az xəbər verir ki, şirkət istifadəçilərin yeni nəsil telefonlarını istifadə edərək elektron poçtlarına daxil ola biləcəkləri yeniliyi sınaqdan keçirir.
“Google” tərəfindən dəvət edilən Rohit Paul (rp1226) adlı istifadəçi bu yenilik üzərində işləyir.
Hazırlanan yeni layihəyə əsasən, şifrə əvəzinə telefondan istifadə etmək üçün əvvəlcə uyğun cihazı “google” hesabınıza sinxronlaşdırmalısınız. Daha sonra kompüterdə elektron poçta daxil olmaq istəyəndə şifrə yerinə ekrana kod gələcək. Həmin kodu telefonunuzdakı kodla uyğunlaşdırmağınız tələb olunur.
Bu mərhələni keçəndən sonra poçtunuza daxil olursunuz. Telefon itsə, oğurlansa, enerjisi qurtarsa belə şirkət kompüterdən elektron poçtunuza girmək imkanı verəcək.
Şirkət hələ ki, bu yeniliyin tətbiqi üçün hansı yeni nəsil telefonlardan istifadə edəcəyini açıqlamayıb.
Gülxar
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi

































