Texnoloji
Azərbaycanda internet tarifləri artacaq
“Delta-Telecom" şirkəti Azərbaycan bazarında xidmətlərinin qiymətlərini stabil saxlamaq üçün maksimum dərəcədə çalışır. Lakin eyni zamanda qiymət artımının olmaması təkcə müəssisədən asılı deyil. Belə ki, artıq uzun müddətdir ISP (internet xidmətləri təminatçısı) və digər işlədicilərin müəssisəyə külli miqdarda borcları yaranıb".
Bunu "Report"un sorğusuna cavab olaraq “Delta-Telecom"dan bildiriblər.
Azərbaycanın ən iri internet provayderlərindən biri olan şirkət əlavə edib ki, müştəriləri vaxtı-vaxtında ödənişlər aparmır: "Buna görə də bütün işlədicilərdən xahiş edirik ki, müəssisəmizə olan borcları dərhal ödəməklə yanaşı, aylıq ödənişləri də vaxtında aparsınlar. Əks təqdirdə, çevrilmə faizi dəyişdiyinə görə və müqavilənin müvafiq bəndlərinə uyğun olaraq, gecikmiş ödənişlərə üçün cərimə faizi tətbiq ediləcək".
Daha sonra internet provayderi əlavə edib ki, “Delta-Telecom” internetin əsas hissəsini Avropanın "Tier1" operatorlarından ("TeliaSonera", "GlobeInternet", "Level 3", "GlobalCrossing", "Tinet" provayderləri) alır və xidmətlərə görə ödənişlər avro və dollarla aparılır. Eyni zamanda, internetin yüksək keyfiyyətinin təmin edilməsi üçün "Delta-Telecom" tərəfindən ən azı üç istiqamətdən xarici böyük tutumlu tranzit kanallar icarəyə götürülüb və ödənişlər aylıq qaydada dollar və avroda həyata keçirilir.
"Report"un analitik qrupu qeyd edir ki, sadalanan amilləri nəzərə alaraq, Azərbaycanda tezliklə internet tariflərinin də artacağını gözləmək olar.
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi

































