Texnoloji
Avtomobilini söküb motosiklet düzəltdi - FOTOLAR
Məsəl var, deyir dərd varsa, dərmanı da var. Doğrudan da, bir çox problemlərin həlli, ağır durumlardan çıxış yolu öz əlimizdədir. Bu cür düşünənlər təkcə biz deyilik, əcnəbilər arasında da belələri kifayət qədərdir.
Publika.az xəbər verir ki, Emil Lerey belə şəxslərdən biridir. O, hər cür vəziyyətdən çıxış yolu tapmağı bacarır.
Bir dəfə avtomobili Afrika səhrasında gözlənilmədən sıradan çıxmış Emilin situasiyadan qeyri-adi çıxış yolu tapması, maraqlı davranışı da bunu sübut edib.
Onun avtomobili səhrada xarab olanda, mühərrik sıradan çıxanda Lereyin olduğu yerlə ən yaxın yaşayış məntəqəsi arasındakı məsafə on kilometrlərlə idi. Düzdür, Emilin avtomobilində bir neçə günlük su və yanacaq ehtiyatı vardı.
O, “Citroen 2CV” avtomobilini sökərək, yük yerindəki alətlərlə 10 gün ərzində maşının ayrı-ayrı hissələrindən yeni avtomobil düzəldib.
Motosiklet düzəltmiş Emil onu sürərək isti, susuz səhranı tərk edib.
Anar Tağıyev
-
Köşə09:40Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?
-
Dünya09:34Monqolustan prezidenti istefa verir - Ölkədə hakimiyyət dəyişikliyi gözlənilir
-
Maraq dünyası09:12Bu bürclərə şad xəbər
-
Ekologiya08:45Azərbaycana sərt qış gəlir: bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI
-
Dünya07:35Onlarla ölkəni narahat edən nüvə təhlükəsi - Bu qış nələr baş verə bilər?
-
ABŞ06:16ABŞ Yaxın Şərqə daha bir nəhəng hərbi qüvvə göndərdi - İrana qarşı yeni plan işə düşür?
-
Avropa05:45Avropaya üz tutan miqrantlar Afrikaya göndəriləcək - Beş ölkədən qərar
-
Ekologiya03:44Noyabrın sonunadək Bakıda hava necə olacaq? - Xəbərdarlıq

















.png)




















.jpg)