Texnoloji
Azərbaycandilli vikipediyada yenilik
Azərbaycandilli vikipediyada məqalələrin məzmununun silinməsi, zərərli əlavələrin edilməsi kimi mənfi halların qarşısı alınacaq.
Publika.az –ın “ICTnews” elektron xəbər xidmətinə istinadən verdiyi məlumata görə, vikipediyada bununla bağlı səsvermə keçirilir. “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun üzvü Tərxan Paşazadə bildirib ki, səsvermə 31 dekabr saat 23:59:59-da başa çatacaq.
“Yekunda yalnız səsvermə hüququ olan istifadəçilərin səsləri nəzərə alınacaq. Sistem vikipediyanın mötəbərliyinə və nüfuzuna qəsdən xələl yetirmək məqsədi ilə məqalələrin məzmununun silinməsi, zərərli əlavələrin edilməsi kimi mənfi hallarla mübarizə üsullarının texniki cəhətdən təkmilləşdirilməsinə xidmət edir. Artıq kifayət qədər səs toplamış bu sistemin azərbaycandilli vikipediyada tətbiqi ilə IP-lərdən edilən dəyişikliklər idarəçilərin, yaxud patrul statusu olan adi istifadəçilərin təsdiqindən sonra səhifədə görünəcək. Bir redaktəni patrullamaq, yəni təsdiq etmək həmçinin başqalarının eyni redaktəni təkrar yoxlamamasına və vaxt itirməməsinə imkan verəcək”.
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi

































