Texnoloji
Facebook beyinlərdə inqilaba hazırlaşır
Dünyanın ən böyük sosial şəbəkəsi Facebook virtual reallıq
şlemləri olan "Oculus Rift"ləri istehsal edən "Oculus" şirkətini 2
milyard dollara satın alıb.
Milli.Az Facebook-un sahibi Mark Sukerberqin sosial şəbəkədəki səhifəsinə istinadən bildirir ki, Facebook "Oculus" şirkətinə 400 milyon dolları nağd şəkildə verəcək. Məbləğin yerdə qalan hissəsi Facebook-un hər biri 69,35 dollar olmaq şərtilə 23,1 milyon səhmi ilə ödənəcək.
Bu ilin 2-ci rübündə qapanacaq anlaşmanın şərtlərinə görə, "Oculus VR" daha yaxşı nəticələrə nail olarsa, şirkətə əlavə olaraq 300 milyon dollar ödənəcək.
Perspektivdə Facebook "Oculus" şlemlərindən perspektiv proqramlar üçün istifadə etmək niyyətindədir. Şlem dərs, idman yarışı və ya həkim müayinəsində iştirak effekti yarada bilir.
"Oculus Rift" şlemi 3D görüntünü iki linza vasitəsilə verən 6 düymlük ekrana malikdir. Görüntü oyunçunun baxışlarını tam "tutaraq" gözlər üçün real dünyanı əvəzləyir.
"Əminəm ki, "Oculus Rift" şlemindən virtual reallıq oyunları üçün yox, ünsiyyət üçün də istifadə etmək olar", - Mark Sukerberq yazıb.
Wall Street Journal-ının məlumatına görə, bu arada Facebook-un sahibi Mark Sukerberq, Tesla Motors-un rəhbəri Elon Mask və vençur investoru, məşhur aktyor Eşton Kaçer süni şüurun hazırlanması ilə bağlı tədqiqatlar aparan "Vicarios" şirkətinə pul yatırıblar.
İnvestisiyaların ümumi həcmi 40 milyon dollardır.
"Vicarios" startapı insan beynini rəqəmsal formada yaratmağa
çalışır. Bu məqsədlə nekokortekdə, yəni insan beyninin sensor
anlağı və nitq, habelə motor komandalarına cavabdeh olan sahəsi
araşdırılır.
Şirkətin banilərindən biri Skott Finiksin dediyinə görə, belə imkanlara malik kompüter insan kimi düşünəcək, amma insandan fərqli olaraq yuxu və ya qidaya ehtiyac duymayacaq.
-
Ekologiya08:49Hava ilə bağlı narahatlıq doğuran xəbərlər yayıldı - Bakıda nə baş verəcək?
-
Nəqliyyat08:24Bakıda yağışlı günün mənzərəsi: bu küçələrdə tıxac var - Siyahı/Foto
-
Qoroskop01:20Günün ulduz falı: bunları etmək sizə mənəvi rahatlıq gətirəcək
-
Magazin27 Sentyabr 22:18“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib - Özü açıqladı
-
İdman7 Sentyabr 20:48Neymar, Messi və Suares yenidən bir komandada? - MSN planı gündəmdə
-
Ekologiya7 Sentyabr 20:12Yağışlı Bakıdan görüntülər - Video
-
Cənubi Qafqaz7 Sentyabr 16:18Qarabağ canisi olan general Ermənistandan imtina etdi
-
Nida Xəbər 7 Sentyabr 14:24Prezidentin vəzifə verdiyi Osman Xaliyev kimdir? - Dosye






















.jpg)




.jpg)





.png)





