Texnoloji
"Google" 185 milyon dollar cərimə edildi
Böyük Britaniya “Google” şirkətini əlavə olaraq 185
milyon dollar vergi ödəməyə məcbur edib.
ANS PRESS-in məlumatına görə, "Google" Böyük Britaniya
hakimiyyəti ilə razılıq əldə edib. Razılığa əsasən, “Google” 10 il
ərzində ödəmədiyi vergilərin müqabilində Britaniyaya 185 milyon
dollar kompensasiya ödəyəcək.
Britaniya Vergilər Nazirliyinin hesablamalarına görə, İrlandiyada
qeydiyyatda olması sayəsində "Google" ciddi şəkildə vergilərdən
yayına bilib. Hakimiyyət “Google”u vergilərdən yayınmaqla qanunları
pozmaqda ittiham edib. 2013-cü ildə şirkət 5,6 milyard dollar gəlir
əldə etməsinə baxmayaraq, o, dövlətə yalnız 29,2 milyon dollar
vergi ödəyib.
Bu saziş mühüm presedent ola bilər, çünki digər Avropa ölkələri də
“Google”un və digər transmilli korporasiyaların vergiləri
optimallaşdırılması siyasətindən narazıdır.
Ötən ilin dekabrından rəsmi London ölkədən çıxan gəlirlər üçün transmilli şirkətlərdən 25% gəlir vergisi ödənilməsini tələb edib. Bunun sayəsində ölkə büdcəsinə 1 milyard funtsterliq gəlir əldə edəcəyi bildirilir. Diverted Profit Tax adlanan vergi həmçinin “Google”un şərəfinə “Google vergisi” adlanır.
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ

































