Texnoloji
2015-ci ilin ən pis şifrələri
ABŞ səfirliyi "Newsline" Xəbərlər lentində "2015-ci ilin ən pis şifrələri" adlı məqalənin tərcüməsini dərc edib. Məqalədə ən pis 25 şifrələrin hansı rəqəm və həfləri əks etdirdiyi təqdim olunur.
Ümumiyyətlə şifrələr hər hansı bir şəxsi təcrübə, məsələn ölmüş sevimli heyvanın adı və yaxud ad günü ilə əlaqəli olurlar, bəzən isə şifrəni yaradan şəxsin hər hansı sentimental düşüncəyə qapılmaq üçün kifayət qədər vaxtı olmur. Bunun əvəzində isə onlar “şifrə” sözünün özünü və yaxud hərf səhvindən qaçmaq üçün tənbəllik edərək sadəcə “12345678” seçirlər. Düzünü desək maraqlı və yaxud mürəkkəb şifrələri fikirləşib müəyyən etmək heç də hər zaman asan olmur, xüsusilə də nəzərə alsaq ki, bu günümüzdə həyatımızın hər bir sahəsində bizim onlara daima ehtiyacımız olur.
Şifrələrin idarə olunması sahəsində fəaliyyət göstərən “SplashData” şirkəti hər il ictimaiyyətə açıqlanmış və milyonlarla oğurlanmış şifrələrlə bağlı məlumatlardan istifadə edərək ən məşhur (eyni zamanda “Ən Pis”) şifrələrin siyahısını tərtib edir. Hamının gözlədiyi kimi, digərləri tərəfindən aşkar olunan şifrələr asanlıqla ehtimal olunan şifrələrdir. Təsadüfi hərflərdən, rəqəmlərdən və işarələrdən ibarət olan mürəkkəb şifrələrin əvəzinə sadə sözlər və ardıcıl rəqəmlər seçməklə özümüzü çıxılmaz vəziyyətə salırıq.
Ötən il ərzində ən geniş yayılmış 25 şifrə aşağıdakılardan ibarət oluib:
123456, şifrə, 12345678, qwerty, 12345, 123456789, futbol, 1234,1234567, beysbol, salam, 1234567890, abc123, 111111, 1qaz2wsx,əjdaha, usta, meymun, icazəvergirim, qeydiyyat, şahzadə, qwertyuiop,solo, şifRə, ulduzmüharibələri.
Gördüyünüz kimi “icazəvergirim” və “salam” kimi klassik şifrələrdən istifadə hələ də geniş yayılıb. Digərləri isə zamanla bağlı olaraq yaranan tendensiyaları əks etdirir, məsələn “ulduzmüharibələri” və yaxud idman növləri (“beysbol”). “Əjdaha” şifrəsi də yüksək pillələrdə yer alır ki, bu da fantastika janrının pərəstişkarlarının da ilham potensialının az olmadığını göstərir.
Yuxarıda qeyd olunan şifrələrin hamısının oğurlandığını nəzərə alsaq, şifrə seçimində nəyə diqqət yetirməyin lazım olduğunu müəyyən edə bilərsiniz. Sadə, geniş yayılmış sözlərdən və yadda saxlanılması asan olan rəqəmlərin sıralanmasından yayınmaq lazımdır.
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ

































