Texnoloji
SMS göndərən yeni virus
Heimdal Security şirkətinin ekspertləri Android bazasında olan qurğulara hücumları həyata keçirən yeni zərərverici aşkar ediblər.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, zərərverici SMS və MMS məktub vasitəsilə nəinki qeyri standart üsulla yayılır. O, hətta qurğuya root imtiyazları ilə giriş edərək istifadəçinin smartfonundan maliyyə məlumatlarını oğurlaya və bütün informasiyanı silə də bilər.
Tədqiqatçılar Mazar BOT troyanının yayılma üsulunu unikal hesab edirlər. Troyan sistemə MMS Messaging adı ilə daxil olur və administrator imtiyazına yüksəlmək üçün qurğuya bildiriş göndərir, beləliklə də buna inanmış və bildirişi təsdiq etmiş istifadəçi troyana yoluxmuş olur. Mazar BOT sms məktubların oxunması və göndərilməsi (iki mərhələli autentifikasiyanı sındırmaq üçün çox faydalıdır),əlaqələr siyahısından və ixtiyarı nömrələrə zənglərin həyata keçirilməsi, telefonun hazırki vəziyyəti haqqında məlumat toplamaq,Chrome brauzerini yoluxdurmaq, qurğunun tənzimləməsini dəyişdirmək, məcburi şəkildə qurğunu yatma rejiminə keçirmək, şəbəkə rejimini tələb etmək, internete qoşulmanı təmin etmək,qurğuda olan bütün faylları silmək kimi imkanlara malikdir.
Həmçinin qurğunun yoluxmasında sonra zərərverici İrana məxsus nömrəyə sms göndərir. SMS-in tərkibində «Thank you» ifadəsi yerləşdirilib. Yoluxma prosesində bu SMS operatora yeni yoluxmuş qurğu və onun yerləşmə yeri haqda bildirir.
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ

































