Texnoloji
Apple kompüterlərində qarətçi virus aşkar olunub
Hakerlər ilk dəfə olaraq Apple kompüterlərinə qarətçi virus yoluxdura biliblər.
Yeni virus kompüterdəki faylları kodlaşdıraraq bloklayır, istifadəçi həmin faylları açmağa cəhd göstərəndə isə elektron ödəniş tələb edir.
Palo Alto Networks şirkətinin məlumatına əsasən, yeni növ virus sürətlə artan kiber təhlükələrdən birinə çevrilməkdədir.
Ekspertlərə görə, illik ödənişlərin məbləği yüz milyonlarla dollar təşkil edir.
Bundan əvvəl xakerlərin toruna Microsoft Windows əməliyyat sisteminin istifadəçiləri düşmüşdülər.
Palo Alto şirkıərinin kiber təhlükələr şöbəsinin direktoru Ryan Olsonun sözlərinə görə, martın 4-də peyda olmuş KeRanger virusu Apple şirkətinin Mac kompüterlərinə keçə bilmiş ilk qərətçi virusdur.
Apple təmsilçisi bildirib ki, virusa yol açan proqramın sertifikatı artıq geri çağırılıb.
Virusun yayılmasına səbəb Transmission saytında açıq koda malik olan proqram olub.
Problemdən xəbər tutmuş şirkət həmin proqramı silərək onun yeni versiyasını dövriyyəyə buraxıb.
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
































