Texnoloji
@ işarəsinin SİRRİ
Əslində @ işarəsi internet erasının simvoluna çevrilib. Bu işarə elektron poçtu və sosial şəbəkələr üçün həyati əhəmiyyətə malikdir. Lakin bu işarənin mənşəyini, haradan gəldiyini çox adam bilmir.
İngiliscə “at” (-da/-də şəkilçisi) funksiyasında işlədilən bu müəmmalı işarə bir vaxtlar yalnız hesabdarlara məlum idi. Onun mahiyyətini email-i kəşf etmiş şəxs kimi qəbul edilən Ray Tomlinson dəyişdirib.
O, 1971-ci ildə öz ofisindəki iki kompüter arasında ilk mesajını göndərəndə bu işarəni adresatla ünvanın arasında işlətmişdi. Tomlinson @ işarəsini ona görə seçmişdi ki, ondan kompüter işində çox nadir hallarda istifadə olunurdu və onu erkən proqram və ya əməliyyat sistemləri ilə qarışdırmaq çətin idi. Xoşbəxtlikdən işarənin ingiliscə artıq “at” şəklində deyiliş forması da vardı.
@ işarəsi yazı makinələrində 19-cu əsrin sonundan əvvəl peyda olub, - deyir “Müəmmalı işarələr: Durğu işarələrinin mənşəyi” kitabının müəllifi Keith Houston, - Bu işarə “nəyinsə nə qədərininsə hansı qiymətə” olduğunu göstərirdi. İşarə bundan başqa heç bir funksiyada işlədilmirdi”.
Bu işarə artıq yazı makinələrində olduğundan sonradan onu kompüter klaviaturasına da daxil etmişdilər.
Houston deyir ki, @ işarəsi ona görə klaviaturaya salınmışdı ki, ondan biznes aləti kimi biznes mətnlərində istifadə olunurdu.
Biznes istifadəçiləri işarəni belə başa düşürdülər, məsələn “12 batareya @ £1” yəni 12 batareyanın qiyməti 1 funt sterlinqdir.
Image copyrightCreative CommonsImage
caption14-cü əsrdə @ işarəsindən istifadə olunmuş mətn
2000-ci ildə İtaliya alimi Giorgio Stabile belə bir məqama diqqət yetirmişdi ki, @ işarəsindən istifadə edən müxtəlif xalqlar onu müxtəlif cür adlandırıblar. Məsələn bu işarəyə türkcə “çiçək”, norveç dilində “donuzquyruğu”, yunanca “ördək balası”, macarca “qurd” deyirdilər.
Lakin Stabile fikir vermişdi ki, fransız, ispan və portəgiz dillərində bu işarə “arobase” və ya “arroba” – çəki vahidi mənasında işlədilib. İtalyanca işarənin adı “amphora” – yəni qədimlərdə anbarlarda saxlanmaq üçün istifadə olunan uzunboğazlı guzə olub.
Stabile Sevilyadan Romaya göndərilmiş məktubu 1536-cı ildə tapmışdı. Məktubda söhbət Yeni Dünyadan İspaniyaya gəlmiş üç gəmidən gedirdi. Burada yazılmışdı ki, bir amfora şərab satılıb və amfora əvəzinə qısaca @ işarəsi qoyulmuşdu. Stabile bu qərara gəlmişdi ki, @ işarəsindən orta əsrlərdə Şərqi Avropada ölçü vahidlərinin qısaca göstərilməsi üçün istifadə edilib, hərçənd dəqiq ölçülər fərqli ola bilərdi.
İspan jurnalisti Jorge Romance işarədən bundan da əvvəllər istifadə edildiyini aşkara çıxarıb. “Mən @ işarəsindən 16-cı əsrdə istifadə edildiyi barədə oxuyanda xatırladım ki, bu işarəni əvvəllər Zaraqoza Universitetinin tarix fakültəsində oxuyarkən hardasa görmüşəm. Köhnə dəftərlərimi axtardım və 15-ci əsrdə Araqon və Kastiliya arasında gömrük qeydlərini tapdım. Orada bu işarə -“arroba” adlanır və çəki vahidi kimi işlənirdi. Məsələn orda “bir arroba taxıl” ifadəsi vardı”.
@ işarəsinə ilk dəfə olaraq dini mətnlərdə rast gəlinib. Ondan 1345-ci ildə bir yunan əfsanəsinin bolqar dilinə tərcüməsində istifadə ediblər. Bu gün Vatikan Apostol Kitabxanasında saxlanan həmin mətndə @ işarəsi Amin sözündəki “A”-nı əvəz edir. Lakin onun bu mətndə niyə işlədilməsi müəmma olaraq qalır.
Belə görünür ki, dünyada ilk email-in ünvanında işlədilmiş @ işarəsinin də ilkin mənası zaman içində dumana bürünüb. Tomlinson özünün ilk email-ini özünə, yəni [email protected] ünvanına göndərəndə də bunun inqilab yaradacağını düşünməyib və bu barədə ayrıca heç nə yazmayıb.
-
Kriminal18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - 2 nəfər həbs edildi
-
Qoroskop17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
-
Sosial17:47Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı
-
Sosial17:35Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
-
Səhiyyə15:30Bakıda bu poliklinikada şəkər xəstələrinə dərman verilmir - Səbəb nədir?
-
İdman14:42Neymarın başı dərddə: Tanınmış influenser onun hesabına niyə pul köçürüb? - FOTOLAR
-
Rəsmi xronika14:32Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTO
-
Sosial13:18Qonşuda deputat tələb edir: 13-cü maaş və pensiya verilsin























.png)














