Texnoloji
“YouTube” yeni şərh sistemini tətbiq edir
“YouTube” kontent yaradıcılarının təsiri
nəticəsində kanalların administratorları üçün videoçarxların
altında istifadəçi şərhlərinin idarəetməsini
asanlaşdırıb.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru”
saytına istinadən verilən məlumata əsasən, yeni dəyişiklik ötən il
şirkət yeni spamın filrasiyası sistemini, həmçinin şərhlərin
“YouTube” və “Google+” sosial şəbəkəsində inteqrasiya sisteminin
tətbiqinin həyata keçirilməsi ilə bağlı dəyişikliyin ardınca
gəlir.
Tətbiqdən bir müddət sonra məlum oldu ki, yeni
sistemdə, saytda narazılığa səbəb olan spam, virus daşıyıcı
istinadlar və çox böyük şərhlər qarşısında acizdir. Yeni sistem
həmçinin digər istifadəçiləri təhqir edən və “troll” adlanan
iştirakçılara reytinqlərdə məlumatlarını qaldırmağa imkan verən
boşluqlara meyillidir. Bu vəziyyət “YouTube”da ASCII-artın
inkişafına gətirib çıxardı.
Hazırda “Google”da deyirlər ki, şirkət öncəki
relizinin zəifliyini anlayıb və demək olar ki, həmin andan şərhlər
sisteminin yeni versiyası üzərində işləməyə başlayıb, hansı ki,
artıq “YouTube”da təqdim edilib. Şirkətdə bildiriblər ki, yeni
sistem portalda video müəllifləri arasında məşhurlaşacaq. Yenilik
portalda köhnə şərhlər qoymağa imkan verir, halbuki öncəki sistem
onları aktual olmayan kimi ləğv edirdi.
Bundan başqa, video müəllifləri baş səhifədən daha
asan şərhləri silə, spam qeyd edə, istifadəçilərə şikayət edə,
reytinqləri artıra və azalda bilərlər, həmçinin videoya cavab verə
bilərlər. Ümumilikdə, “Google”da deyirlər ki, yeni sistem
istifadəçilərə, müəlliflərə olduğu kimi faydalı ola bilər, çünki
hər ikisinin rahatlığının artırılması istiqamətində
işləyir.
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?












.png)





.jpg)



.jpg)
















