Texnoloji
Dünyanın 72 ölkəsində keçirilən “Genuino Day” Azərbaycanda
Qafqaz Universitetində İKT Mərkəzinin və Nodex tələbə
klubunun təşkilatçılığı ilə Genuino Day adlı informatika tədbiri
keçiriləcək.
Universitetdən Publika.az-a verilən məlumata görə,
“Genuino Day” hazırda dünyanın 72 ölkəsində keçirilir.
“İndiyədək dünyada 357 Genuino tədbiri keçirilib. Ölkəmizdə ilk
dəfə keçiriləcək tədbirin əsas məqsədi Azərbaycanda da bu sahənin
olmasını dünyaya çatdırmaq və bu sahəyə marağı olan gənclərin
diqqətini cəlb etməkdir. İT sahəsinin mütəxəssisləri orta məktəb
informatika müəllimləri tələbə və şagirdlər tədbirdə iştirak
etməklə biliklərini dərinləşdirərək gələcək inkişaf istiqamətlərini
müəyyənləşdirə biləcəklər”, məlumatda qeyd olunur.
İştirakçılar Abzettin Adamov, Yaşar Hacıyev, Tayfun İlçin və Ceyhun
Nabadov kimi mütəxəssislərin məruzələrini dinləyəcəklər.
Məruzələrdən sonra tədbir iştirakçılara Qafqaz Universitetinin İKT
Mərkəzində tələbələr tərəfindən proqramlaşdırılan robot qurğular və
Bluetooth Maşın, Şifrəli qapı, Ethernet Server, Simon oyunu,
Bluetooth qayıq, Xəttizləyən robot, Boyölçən qurğu kimi layihələr
nümayiş etdiriləcək.
Publika.az
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
















.jpg)















