Texnoloji
Gözdən əlillər Facebook-da fotoları “görəcəklər”
Facebook görməəngəlli insanların bu sosial şəbəkədən istifadəsini asanlaşdıran yeni texnologiya hazırlayıb.
“Automatic Alternative Text” adlanan sistemlə gözdən əlillər paylaşılan fotoların nə olduğunu biləcəklər. Yeni funksiya “obyekt tanıma” özəlliyi ilə fotonun nə olduğunu aşkarlayır və səsli bir şəkildə istifadəçiyə çatdırır.
Şirkət hər gün sosial şəbəkədə 2 milyondan çox fotonun paylaşıldığını bildirir. Vizuallıq insanların ünsiyyətini daha ifadəli etsə də, gözdən əlillər bundan məhrumdurlar. Yeni texnologiya elə bu insanların başqaları kimi sosial şəbəkədən zövq almasını hədəfləyib.
İndiyədək ekran oxuyucusundan yararlanaraq, yalnız fotonu kimin paylaşdığını bilən gözdən əlillər artıq fotonun nə olduğu barədə dolğun bilgi alacaqlar.
Yenilik indi iOS platformalı cihazlar üçün ingilis dilində çatımlıdır.
Facebook bildirir ki, funksiya tezliklə digər dillərdə və platformalarda da aktivləşdiriləcək.
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
















.jpg)















