Texnoloji
Uşaqlar bu telefonlardan istifadə etməlidir - YENİLİK
Azərbaycanda uşaqlar üçün təhlükəsiz mobil telefonların
satışı üçün iPhone, Android telefonlarına süzgəcdən keçirilmiş
internet veriləcək.
Bu barədə təklifi artıq Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi tərəfindən Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinə (RİTN) təqdim edib.
Bu sözləri açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri Üzrə
Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdir müavini
Pərviz Əliyev deyib. O, bildirib ki, artıq təklifi
RİTN-ə göndəriblər: "Bizim göndərdiyimiz təklifdə qeyd olunub ki,
iPhone, Android telefonlarına süzgəcdən keçirilmiş internet
verilsin. Həmin telefonlar sırf uşaqlar üçün satışa
buraxılsın”.
P. Əliyev onu da qeyd edib ki, bu təklifin bir-iki il ərzində
reallaşması nəzərdə tutulub.
Movqe.az məsələ ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri
İsfəndiyar Əliyevlə əlaqə saxlayıb. İ. Əliyev
artıq təklifin RİTN-ə daxil olduğunu deyib, amma reallaşması üçün
hüquqi və texniki baza yaradılmalıdır:
"Uşaqlar üçün bu cür telefonların satışa buraxılmasını birdən-birə
gerçəkləşdirmək mümkün deyil. Bunun üçün mövcud qanunvericiliyə
əlavələr edilməlidir. Üstəlik, maliyyə ayrılmalıdır. Yəni bu işin
maliyyə tərəfini özəl sektorun üstünə atmaq olmaz. Təklif analiz
edilməli mexanizmləri üzərində düşünülməlidir”.
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək















.jpg)





.jpg)


















