Texnoloji
"Azərspace-1"də Ukrayna telekanallarının yayımına başlanılır
Azərbaycanın peyk operatoru "Azərkosmos" ASC və Ukraynaya məxsus "Ukrkosmos" şirkəti arasında bir sıra Ukrayna televiziya kanallarının "Azərspace-1" peyki vasitəsilə Avropa və Mərkəzi Asiya regionlarında, eləcə də Yaxın Şərqin bir neçə ölkəsində yayımına dair saziş bağlanıb.
"Azərkosmos"dan verilən məlumata görə, "UTR", "Kultura", "Lvov
TV", "KDRTK" və "ЧП INFO" kimi populyar kanalların daxil olduğu
paket MPEG-2 standartında yayımlanacaq.
Qafqazda yegane peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli yayım,
VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin
göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral
ayında orbitə buraxılmış və "Azərkosmos" tərəfindən idarə edilən
"Azərspace-1" peyki 46 dərəcə Şərq uzunluğu orbital mövqeyində
yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya
regionlarını əhatə edir.
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?























.jpg)















