Texnoloji
"Android" əməliyyat sistemlərində yeni virus
Mütəxəssislər tərəfindən "Android" mobil əməliyyat sistemlərinə yoluxaraq təhlükə yaradan yeni ziyanverici proqram aşkarlanıb.
Bu barədə Publika.az-a Elektron Təhlükəsizlik Mərkəzindən məlumat verilib.
"Viking Horde" adlanan bu ziyanverici proqram “Google play”də mövcud olan bəzi yoluxmuş tətbiqetmələr vasitəsilə smartfonları bota çevirməklə "botnet" yaradır. "Check Point" şirkətinin bu təhlükə barəsində araşdırmalarına görə “Viking Horde” reklam fırıldaqçılığı aparır və həmçinin paylanmış xidmətdən imtina hücumları (distributed denial-of-service attacks), spam mesajlar və digər hücumlar məqsədilə istifadə oluna bilir. Ziyanverici proqrama yoluxan və bota çevrilən smartfonlar xidmətdən imtina hücumlarında birbaşa istifadə edilir.
“Kaspersky Lab” şirkətinin mütəxəssislərinin rəylərinə görə “Viking Jump”, “WiFi Plus”, “Memory Booster”, “Parrot Copter” kimi tətbiqetmələr bu ziyanvericinin yayılmasına xidmət göstərən proqramlar hesab olunur.
Tədqiqatçılar bildirir ki, “Viking Horde”yə yoluxmuş smartfon istifadəçinin məlumatlarını ələ keçirə və icazəsi olmadan avtomatik şəkildə müxtəlif xidmətlərə abunə ola bilər.
Ziyanverici proqram qurğuda qalmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Bu səbəbdən Android istifadəçisi qeyd olunan ziyanvericini özünün aradan qaldırması mümkün olmadığından, mövcud əməliyyat sistemində yenilənmə aparılması ilə mobil qurğunun təhlükəsizliyini təmin edə bilər.
Gülxar
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu















.jpg)

















