Texnoloji
"İnstagram"dan möhtəşəm YENİLİK
Şəkil və video paylaşma platforması "İnstagram" müəyyən
təşkilati istifadəçilər üçün yenilik tətbiq etməyə
hazırlaşır.
Yenilik firmaların "İnstagram" izləyicilərinə asanlıqla nəzarət
edə bilməsini təmin edəcək.
Digər tərəfdən sosial şəbəkənin yaxın zamanlarda istifadəyə
verəcəyi "təqibçi" yeniliyi izləyicilərin qız və ya oğlan olması,
onların yaşları kimi bir çox xüsusiyyətləri istifadəçilərə
çatdıracaq.
Bu daha çox İnstaqram vasitəsi ilə satış edənlərin işinə
yarayacaq.
Ötən həftə milyonlarla istifadəçisi olan şəbəkə onu
məşhurlaşdıran loqosunu dəyişib. iOS və Android platformalarındakı
yenilənmə isə "İnstagram" yeni görkəmə bürünüb.
Əslində yeni loqo formasına görə köhnəyə oxşayır. Lakin kamera
işarəsində bu dəfə daha dolğun rənglərdən istifadə edilib.
Dəyişiklik ancaq görünüşdə olub. Şəbəkənin daxili
xüsusiyyətlərindən heç birində fərq olmayacaq.
"İnstagram"ın dizayn komandasının rəhbəri İan Spalterin
sözlərinə görə, dəyişikliyin səbəbi incə cizgilərlə istifadəçilərin
zövqünü oxşamaq, daha estetik bir görünüş yaratmaqdır.
"İnstagram" şəkil və qısa videoların paylaşıldığı sosial şəbəkədir. Şəbəkə 2010-cu ilin oktyabr ayında yaradılıb. Şəbəkə xüsusilə məşhur insanlar arasında daha çox populyardır. (ans)
-
Köşə09:40Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?
-
Dünya09:34Monqolustan prezidenti istefa verir - Ölkədə hakimiyyət dəyişikliyi gözlənilir
-
Maraq dünyası09:12Bu bürclərə şad xəbər
-
Ekologiya08:45Azərbaycana sərt qış gəlir: bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI
-
Dünya07:35Onlarla ölkəni narahat edən nüvə təhlükəsi - Bu qış nələr baş verə bilər?
-
ABŞ06:16ABŞ Yaxın Şərqə daha bir nəhəng hərbi qüvvə göndərdi - İrana qarşı yeni plan işə düşür?
-
Avropa05:45Avropaya üz tutan miqrantlar Afrikaya göndəriləcək - Beş ölkədən qərar
-
Ekologiya03:44Noyabrın sonunadək Bakıda hava necə olacaq? - Xəbərdarlıq













.jpg)






















.jpg)