Texnoloji
Azercell-ə iş və təcrübə qazanmaq şansı
Azercell Telekom MMC-nin əməkdaşları “Karyera günləri” çərçivəsində tələbələrlə görüşlərini davam etdirirlər. Şirkət nümayəndələri bu dəfə “Karyerada ilk addım” adı altında Azərbaycan Universitetində keçirilən Karyera Günlərində iştirak ediblər.
Şirkətin nümayəndələri ilk növbədə Azercell-də mövcud olan Tələbə Proqramları, o cümlədən “Yay Təcrübə Proqramı” haqqında tələbələrə ətraflı məlumat veriblər. Bildirilib ki, mayın 16-dan etibarən start götürən “Yay Təcrübə Proqramı”na artıq 200-dən çox müraciət daxil olub. Mayın 25-ə qədər davam edəcək müraciətlərin qəbulundan sonra seçim mərhələsi başlayacaq. Azercell nümayəndələri mərhələlərlə seçilən gənclərin 3 ay müddətində şirkətdə işləyib təcrübə qazanmaq imkanı qazandığını vurğulayiblar. “Yay Təcrübə Proqamı”-nın ilk seçim mərhələsi təqdim olunan müraciət formalarının dəyərləndirilməsindən ibarətdir. Növbəti mərhələyə dəvət almış tələbələr və məzunlar müxtəlif testlər, çalışmalar və müsahibələr vasitəsilə şirkət nümayəndələri tərəfindən dəyərləndirilir. Dəyərləndirmələr zamanı tələbələr və məzunlar akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri bilikləri və maraqları sayəsində seçilir. Son seçim turu isə üz-üzə keçirilən müsahibələrdən ibarət olur.
Qeyd edək ki, bu proqram çərçivəsində telekommunikasiya sahəsinin lideri olan Azercell-də təcrübə keçmək imkanı tələbələrə universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradır. Bundan əlavə, tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak edirlər. Bu proqram gənclərin gələcək karyera inkişafına da yardımçı olur.
Tələbə proqramları haqqında məlumatdan sonra, Azercell-də karyera qurmaq istəyən gənclərə məsləhətlər verilib və onların müraciətləri üçün xüsusi elektron ünvan barədə məlumat paylaşılıb. Azercell-də işə qəbul olunmaq arzusunda olanların bütün suallarını cavablandırılıb. Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq Azercell-in təşəbbüsü ilə şirkət tərəfindən “Karyera Günləri” təşkil edilir.
Daha ətraflı məlumat üçün [email protected]
ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin
ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra
innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq,
Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə
mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7
Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri,
mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə
bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin
99,8%-ni əhatə edir. 2015-ci ilin sonuna Azercell abunəçilərinin
sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G,
2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim
etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və
qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17
ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə
xidmət edən və 27 min əməkdaşı olan Telia Company şirkətlər
qrupunun bir hissəsidir.
-
ABŞ02:12Tramp ABŞ Kosmik Qüvvələrinin formasını nümayiş etdirdi - FOTO
-
Sağlamlıq01:41Saqqızı udduqda nə baş verir? - “Mədədə illərlə...”
-
Magazin100:45Brilliant Dadaşovanın arxiv fotoları yayıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda kiçik incikliklər ola bilər
-
Nida Xəbər 6 Sentyabr 23:36Şükür Həmidov və Mais Bərxudarovun döyüşlərdən yeni görüntüləri yayıldı - VİDEO
-
Elm və təhsil6 Sentyabr 23:24Yubileyinə iki gün qalmış vəfat etdi
-
İdman6 Sentyabr 23:00Koxalski “Qarabağ”dan getdi - RƏSMİ
-
Səhiyyə6 Sentyabr 22:24Ürəyi uzunmüddətli qorumağın yeni üsulu tapıldı
































.png)




