Texnoloji
Azercell bölgələrdə mobil rabitənin inkişafı strategiyasını uğurla davam etdirir(R)
Şirkət Şərurda yeni Ekspres ofisini istifadəyə verdi
Azercell şirkəti bölgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyasının tərkib hissəsi olaraq aprelin 4-dən etibarən Naxçıvan Muxtar Respublikasında yeni AzEks ofisini abunəçilərin ixtiyarına verib. Şərur şəhəri Kapitan Seyidov küçəsi, 1 ünvanında yerləşən ofisdə abunəçilər eyni anda 3 növ xidmətdən yararlana biləcəklər. Belə ki, yeni AzEks ofisi hamı üçün rahat olan “bir nöqtədə üç xidmət”("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abunəçilər Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Xatırladaq ki, məhz Azercell Telekom 2004-cü il avqustun 27-də Bakıda ilk Azercell Ekspres ofisini istifadəyə verməklə MDB dövlətləri arasında öz abunəçilərinə bu xidmət konsepsiyasını təqdim edən ilk şirkət oldu.
Qeyd edək ki, ölkənin lider mobil operatoru Azercell şirkətinin bölgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyası çərçivəsində yeni AzEks ofisləri, eyni zamanda sırf regionlar üçün nəzərdə tutulmuş bir sıra kampaniya və məhsullar, əsasən də, 3-cü dəqiqədən sonra şəbəkə daxili danışıqların pulsuz olmasını nəzərə alaraq abunəçilərə bütün istiqamətlərdə 5 qəpik tarifi ilə danışmağa imkan verən regional “Bolge” tarifini tətbiq etmişdir.
Onu da vurğulamaq yerinə düşər ki, Azercell artıq bir neçə ildir ki, Naxçıvan MR-da əhəmiyyətli layihələr həyata keçirir. Ötən il Naxçıvan Dövlət Universitetində Tələbə Təqaüd Proqramının həyata keçirilməsinə başlanılıb. Azercell-in bu proqramı istedadlı tələbələrə aylıq 200 AZN məbləğində təqaüd almaq imkanını verir.
Bundan əlavə, Naxçıvan Dövlət Universitetində tələbələr üçün 4G sınaq laboratoriyası istifadəyə verilib. Bu layihə universitetin 108 hektarlıq ərazisində 4 mindən artıq tələbəyə 4G texnologiyasının təqdim etdiyi üstünlüklərdən faydalanmaq imkanını verir. Yeni açılan AzEks ofisi isə Naxçıvan sakinlərinin etibarlı rabitə ilə yanaşı, həm də rahat müştəri xidmətlərindən yararlanmasına şərait yaradacaq.
Şəbəkəsini və əhatə dairəsini genişləndirən Azercell-in hal-hazırda Bakıda 19, regionlarda isə 30 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti mövcuddur. Şərurda açılan yeni ofis abunəçilərə operativ və rahat xidmət göstərməklə yanaşı, eyni zamanda ölkənin ən nümunəvi və peşəkar abunəçi xidmətindən yararlanmağa imkan yaradacaq.
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı
-
Sosial24 Aprel 17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa24 Aprel 16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial24 Aprel 15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ24 Aprel 14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?








































