Texnoloji
Mark Zükerberqin SİRRİ AÇILDI: Milyonları şok edən FOTO
“Facebook”un qurucusu Mark Zükerberq “Instagram”ın 500 milyon istifadəçi sayına çatması münasibətilə ofisdəki öz masasında çəkilmiş fotonu paylaşıb. İlk baxışda fotoda heç bir qeyri-adilik nəzərə çarpmır. Ancaq daha diqqətli baxanda bu foto Markın böyük bir sirrini açır. Məlum olur ki, Mark kompüterinin kamera və mikrofon girişini qara lentlə bantlayıb.
Mütəxəssislər bildirirlər ki, bu haker şantajlarına qarşı alınan tədbirdir. Hakerlərin kompüterlərin kamera və mikrofonlarını ələ keçirərək insanları izləyib dinləyə bildikləri illərdir ki, bilinir. Guya “Mac” kompüterlərində kamera qeydə almağa başlayanda aktiv olan kiçik bir lampa var. Ancaq 2013-cü ildə FBİ (ABŞ-ın Federal Təhqiqatlar Mərkəzi) bu lampanı aktiv hala salmadan kameraları uzaqdan idarə etməyin mümkün olduğunu açıqlayıb. Hətta FBİ müdiri Ceyms Komi konferansların birində “kompüterimin, telefonumun kamerasına lent yapışdırıram. Çünki məndən daha ağıllı birinin bunu etdiyini görmüşəm”, - deyib.
Bir çox insan fikirləşir ki, “mən terrorçu və ya təhlükəli qatil deyiləm. FBİ məni neynir ki?”. Ancaq bu yanaşma düz deyil. Çünki eyni üsulla hakerlər sizin haqqınızda bir çox məlumat və görüntü əldə edə bilərlər. Ən qorxulusu isə bu məlumatlarla sizi şantaj edə bilərlər.
Xatırladaq ki, 2014-cü ildə “Facebook” telefonların mikrofonu sayəsində istifadəçilərin gündəlik danışıqlarını dinlədiklərini, onların sevimli musiqilərini, televiziya verilişlərini müəyyənləşdirə bildiklərini etiraf etmişdi. Deyilənə görə, “Facebook” bu məlumatları reklam şirkətlərinə satır.
Publika.az Markın bütün bu qalmaqalları təkrar gündəmə gətirən fotosunu təqdim edir:
Ləman Sultan
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa25 Oktyabr 16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası25 Oktyabr 15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya25 Oktyabr 15:19Şahbuz və Ordubada qar yağdı - FOTO














.jpg)








_(1).jpg)











