Texnoloji
Dünya 2036-cı ildə
İnsan orqanlarını çap edən “3D” printerlər, dövriyyədən
tamamilə çıxarılmış kağız pullar və pitsa çatdıran dronlar… ABŞ-da
keçirilmiş sorğunun iştirakçıları 20 il sonra dünyanı məhz belə
təsəvvür edirlər. ABŞ sakinləri, həmçinin 2036-cı il üçün dünya ilə
bağlı öz proqnozlarını bölüşüb.
Pitsa çatdıran pilotsuz uçan aparatlar
“London & Partners” şirkəti tərəfindən 2088 amerikalı arasında
keçirilmiş sorğunun nəticəsinə əsasən, onların 66%-i düşünür ki,
pitsa çatdıran dronlar gündəlik həyatımızın bir hissəsinə
çevriləcək. ABŞ-da ən iri mağazalar çoxdandır, malların hava ilə
daşınması üçün pilotsuz uçan aparatlardan istifadə etmək barədə
düşünür.
Məsələn, “Amazon” şirkəti 3 üç il bundan əvvəl bağlamaların hava
ilə 30 dəqiqə müddətində çatdırılması üçün “Prime Air” xidmətini
sınaqdan keçirməyə başlamışdı.
2-3 il sonra evin qapısı önündə “hava” kuryerlərini gözləmək mümkün
olacaq. İndiki qaydalar pilotsuz təyyarələrin kommersiya
istifadəsini qadağan edir, ancaq ABŞ Federal Mülki Aviasiya İdarəsi
artıq sözügedən qanunun yumşalması üzərində işləyir.
Sürücüsüz maşınlar dövrü yaxınlaşır
Amerikalıların 66%-i hesab edir ki, 2036-cı ilə süni intellektlə
təchiz edilmiş maşınlar dövrü artıq real olacaq. “Google”, “Uber”,
“Apple”, “Tesla” və Çinin “Baidu” şirkəti kimi İT nəhəngləri
sürücüsüz avtomobillərin hazırlanması üzərində çalışırlar.
“Business Insider” nəşrinin qiymətləndirməsinə görə, 2020-ci ildə
artıq 10 milyon sürücüsüz maşın yollarda hərəkət edəcək. "Ağıllı"
avtomobilin dəyərinin azalması, həmçinin sürücüsüz nəqliyyatın
tətbiqini nizama salan qanunların qəbulu bu bazarın inkişafını
təmin edəcək.
Biohakinqin inkişafı
Amerikalıların 49%-i belə düşünür ki, küçədə öz dərisinin altına
kommunikasiya çipi qurmuş insana rast gəlmək adi hala çevriləcək.
Biohakinq elektronikanın implantasiyası yolu ilə insan bədəninin
modernləşdirilməsidir, son illərdə populyarlaşır, ancaq hələ ki çox
az sayda insan öz orqanizminə dəyişiklik etməyə risk edir.
ABŞ Transhumanizm Partiyasının lideri İştvan Zoltan bu istiqamətin
ən parlaq nümayəndəsi sayılır. O, insan təbiətinin
yaxşılaşdırılması üçün elmi-texniki irəliləyişin tətbiqini bəyənir.
ABŞ prezidentliyinə namizəd olan Zoltanın əlinə qurulmuş “RFID”
(“Radio Frequency Identification”) çipi ona qapıları açarsız açmağa
imkan verir.
Kağız pullar yoxa çıxacaq
Rəyi soruşulanların 69%-i əmindir ki, nağdsız ödəniş
texnologiyaları kağız pulları tamamilə məhv edəcək. Smartfonun
köməyi ilə alış-verişin haqqını ödəməyə imkan verən “Apple Pay”,
“Square”, “Samsung Pay” və “Android Pay” ödəmə xidmətləri inkişaf
edir.
Elektron ödəniş texnologiyasının aktiv tərəfdarları informasiya
texnologiyaları dövründə böyüyən və öz həyatlarını smartfonsuz
təsəvvür etməyən nəsildir. Ekspertlərin proqnozuna əsasən, 2016-cı
ilin nəticəsinə əsasən, mobil ödənişlərin ümumi həcmi 210%
artacaq.
İlk klounlaşdırılmış insan
Amerikalılar belə düşünürlər ki, 2036-cı ildə ilk klounlaşdırılmış
insan “dünyaya gələcək”. Hələ ki insanın genetik “kopyalanması” ilə
bağlı heç bir hadisə qeydə alınmayıb, ancaq alimlər başqa
məməlilərin kloununu uğurla yaratmağa davam edirlər. Məsələn,
Cənubi Koreyada 100 min dollar məbləğinə itin (istənilən ölçü, yaş
və cinsdə) klounlaşdırılması xidmətini təklif edən klinika
fəaliyyət göstərir.
ABŞ Milli İnsan Genomu İnstitutunun alimləri bildiriblər ki, başqa
varlıqlarla müqayisədə insanı klounlaşdırmaq texniki
nöqteyi-nəzərdən daha mürəkkəbdir. Hətta əgər belə texnologiya
peyda olsa belə, çətin ki, mənəvi-etik, dini və hüquq
nöqteyi-nəzərindən geniş tətbiq olunsun.
Həkimə virtual ziyarət
Amerikalıların 65%-nin proqnozuna əsasən, 2036-cı ildə insanlar
həkimlərə virtual ziyarət etməyə başlayacaqlar. Artıq bu gün ABŞ-da
bir çox klinikalar telefon, elektron poçt və veb-kamera ilə tibbi
konsultasiyalar təklif edərək distant xidməti təcrübədən keçirir.
20 il sonra isə pasiyentlər virtual reallıq eynəyi taxaraq həkimin
qəbulunda olacaq.
Çap edilmiş insan orqanları
Respondentlərin 54%-nin fikrincə, “3D” çap texnologiyaları insan
orqanlarının çapını reallığa çevirəcək dərəcədə təkmilləşdiriləcək.
Canlı orqanizmin hüceyrələri “3D” printerdə "mürəkkəb" qismində
istifadə ediləcək və printerlər lazımi ölçüdə orqanı yaradacaq.
Ueyk Forest Universitetinin biomühəndisləri artıq heyvanlar
üzərində laboratoriya şəraitində süni "böyüdülmüş" dəri, qulaq,
sümük və əzələlərin implantasiyası ilə bağlı əməliyyat
keçirirlər.
İnternetə çıxışı olan geyim
ABŞ sakinlərinin 58%-i hesab edir ki, 20 il sonra geyimlər
internetə çıxışa malik olacaq.
Korporasiyalarda işləyəcək robotlar
Rəyi soruşulanların 39%-i əmindir ki, yaxın gələcəkdə süni
intellektlə təchiz edilmiş robotlar böyük şirkətlərdə işləyəcək.
Həm də belə robotlar adi işçi kimi deyil, rəhbər vəzifədə işləyəcək
və özü müstəqil qərarlar qəbul edəcək.
Aeroportdan kosmosa uçmaq reallaşacaq
Amerikalıların 45%-nin proqnozuna görə, 2036-cı ildə birbaşa
aeroportdan kosmosa uçmaq mümkün olacaq. ABŞ-da Elon Maskın
rəhbərlik etdiyi “SpaceX” özəl şirkəti kommersiya kosmik
daşımalarını həyata keçirir. 2016-cı ildə “SpaceX” şirkəti ilk dəfə
“Falcon 9” raketinin birinci pilləsini okeanda qurulmuş platformaya
endirməyə nail olub ki, bu da gələcəkdə kosmik uçuşların dəyərini
xeyli azaltmağa imkan verəcək.
Süni intellektlə görüş
Amerikalı respondentlərin 35%-i hesab edir ki, 2036-cı ildə virtual
oğlan dostları və rəfiqələri ilə görüşlər adi hala çevriləcək. Rəyi
soruşulanların 33%-i proqnozlaşdırır ki, çat botlar və süni
intellekt nə vaxtsa insanla canlı ünsiyyəti əvəz edəcək.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi