Həyatınızı uğurlara daşıyacaq SİRR
Bizi izləyin

Texnoloji

Həyatınızı uğurlara daşıyacaq SİRR

Gündə 50 min dəfə zəngin olduğumuzu düşünərək zəngin ola bilərikmi? Xoşbəxt, sağlam, zəngin olmağın yeni yolu

Gündə 50 min dəfə zəngin olduğumuzu düşünərək zəngin ola bilərikmi?

Xoşbəxt, sağlam, zəngin olmağın yeni yolu

Karyerada, ailədə uğur qazanmaq, sonsuz sözləri bir dəfə oxumaqla yadda saxlamaq istərsinizmi?

Bəs xoşbəxt ,yaxud bədbəxt, zəngin, yaxud kasıblığın əvvəlcə beyninizdə yarandığını bilirsinizmi?

Əslində bəzi düşüncələrinizi dəyişərək bütün həyatınızı dəyişə biləcəyinizi desək inanarsınızmı?

Əlbəttə, bunun üçün sizin də müəyyən cəhdlər etməyiniz lazımdır. Nələr edə biləcəyinizi, hansı üsullarla hədəflərinizi daha asanlıqla həyata keçirə biləcəyinizi bir az səbrli olub yazını oxusanız biləcəksiz.

Bütün bunları NLP-nin dilimizdəki təxmini tərcüməsi "Zehin Dili Proqramlaşdırılması” vasitəsilə edə bilərik.

Suallarımızın cavabını Beynəlxalq dərəcəli NLP Masteri Babak Bayramov cavablandırıb.

Əvvəlcə NLP-nin nə olduğunu aydınlaşdıraq.

Neyro - çünki kəşf etdikləri qəliblər neyroloji düşünmə prossesi səviyyəsindədi.

Linqvistik - çünki dilin istifadəsi neyrologiyamızı əks etdirir.

Proqramlaşdırma - çünki əgər istəsək proqramlaşdırıldığımız formadan xilas olub, düşüncə və fəaliyyətlərimizi istədiyimiz kimi tənzimləyə bilərik.

NLP vasitəsilə beynimizi və dilimizi proqramlaşdırmaqla həyatımızda uğurlarımızı artıra bilərik.

NLP-ni şəxsi həyatımızda necə tətbiq edə bilərik?

-NLP həyatımızın bir çox sahələrini özündə birləşdirir. Təhsil, siyasət,ticarət,ailə içi ünsiyyət, fərdi inkişafda belə işimizə yarayar. Məsələn, elə insanlar var ki, müxtəlif fobiyalardan əziyyət çəkir. NLP terapiyaları ilə bundan yarım saata qurtulmaq mümkündür. Çünki NLP-nin bu insanlara yanaşması tibbi müdaxilədən fərqlidir. Tibb daha çox bioloji, NLP isə neyroloji yanaşmadır.

Özünəinamı az olanlar, məsələn müdirdən maaşın artırılmasını istəyə bilmir, geniş ictimaiyyət qarşısında çıxış etməkdə çətinlik çəkir. Bunlar da şərtləndirmə ilə bağlıdır. Amma istənilən insanın özgüvəni olan sahələr də var. Həmin insanlar dostlarının əhatəsində çox sərbəst olur, amma bir məclisdə danışa bilmirlər. NLP vasitəsilə onun dostlarının yanında keçirdiyi hissləri utandığı anda olan hissləri ilə əvəzləyirik, bir neçə seansa özgüvən əksikliyi itirilir.

Bəs karyerada uğur qazanmaq üçün NLP-dən necə istifadə edə bilərik?

NLP-nin köməyi ilə illərdir hədəflədiymiz, lakin nail ola bilmədiklərimizə çata bilirik. Bunun üçün beynimizə hədəfimizi tanıdırıq, şüuraltımıza onu otuzdururuq və tez bir zamanda hədəfimizə çatırıq. Hədəf inanc sistemimizə uyğundursa, qısa zamanda həll edirik.

Karyerada uğur qazanmaq üçün NLP necə kömək edə bilər?

-Bəs NLP necə kömək edir? Hansı üsulla istəklərimizə qısa zamanda nail ola bilirik?

-Bu istiqamətdə gördüyümüz işlər çoxdur. Çünki insanın uğur qazanması üçün əsas şərt ünsiyyətdir. İnsanlarla işbirliyi, ailədə xoşbəxtlik üçün xoş niyyətli ünsiyyət vacib şərtdir. İnsanın yalan deməsindən başlayaraq, insanların süuraltına təsir etməklə gizli idarəetmə vasitələrindən istifadə etmək olur. Qarşımızdakı insanın necə düşündüyünü, hansı istiqamətdə düşündüyünü bilmək olar. Hər bir insanın meyarlara yanaşması fərqli olur, NLP vasitəsilə bunu aydınlaşdırmaq olur. Məcaz, metaforaların köməyi ilə insanlarda qavramanı asanlaşdırmaq, ünsiyyətə rahat girməyi və tez bir zamanda razılıq əldə etmək mümkündür.

İnsanlar seçimlərini artırdıqca, azadlıqlarımızı artırmış oluruq. Bir insan davranışı, onun həmin andakı ən yaxşı seçimidir. Ünsiyyət isə insanın davranışı dəyişdirməsənətidir. İnsanın fikrini dəyişdirərək, davranışı, seçimini dəyişdirə bilərik. Bir insanın artıq seçimi varsa, onun daha yaxşı qavraya biləcəyi seçim irəli sürərək, davranışı dəyişdirmək mümkündür.

-Xoşbəxt və bədbəxt olmaq, zəgin kasıblıq əvvəllcə beyində yaranır bu nə deməkdir? Zəngin olmaq üçün nə edə bilərik ki?

-İşlətdiyimiz sözlərin gücünə baxmalıyıq. Möhtəşəm, super, əla, müvəffəqiyyət kimi sözləri insanı gücləndirir. Rəzil, alçaq, geridəqalmış kimi kəlimələr isə insanı zəiflədicidir.

Yəni insan gücləndirici söz eşidir güclənir,zəiflədici söz eşidəndə isə zəifləyir. Bir də neytral sözlər var ki, əşya və yer adlarının duyğu yükü yoxdur. Daxili nitqimizdə daha çox hansı sözlərdən istifadə ediriksə, ona uyğun bir şeylər yaranır. Gün ərzində beynimizdən təxminən 60 min söz keçir, bunun 50 mini eşqlə bağlı olarsa, eşq həyatımız, iş haqqındadırsa iş həyatımız hərəkətə gələcək. Hansı şeyi görürüksə beynimiz orda ilişib qalacaq. Beynimizin ilişdiyi yer isə həyatımızın ilişdiyi yerdir. Çünki insan düşündüklərindən ibarətdir.

-Bu o deməkdir ki, zəngin olmağı düşünərək zəngin ola bilərikmi?

-Insanların dediklərimi düzgün anlamasını istəyirəm. Sadəcə düşünməklə iş bitmir. Zəngin olmağı düşünürüksə, onu düşünürüksə, beyin onu əldə etmək üçün müxtəlif yollar axtarıb tapacaq. Yalnız düşünməklə iş bitmir, bu zaman elastiklik də tələb edilir. Beyin bizə cavab verir və biz hədəflərimizə doğru gedirik. Davamlı olaraq o düşüncələr beynimizdə olsa, cavabları tapacağıq, istədiyimiz nəticəni əldə edəcəyik.

Məsələn, insan Allahdan bir istəyəndə, onlara istədikləri yox, onu həyata keçirmək üçün imkanlar verir. Xoşbəxtlik istəyiriksə, xoşbəxtlik yox, imkanları verir. Beynimiz də belə işləyir, o da istədiklərimizi vermək üçün imkanlar verəcək. Pulu çətin qazanılacağına inanırsa, o pulu çətin qazanacaq, immun sisteminin zəifliyinə inanan biri tez-tez xəstələnəcək. NLP inanc sistemi, hədəflərlə kompleks halda məşğul olur, hətta inancı da dəyişə bilirik. Beyni yenidən proqramlaşdırırıq. Tez-tez xəstələnənləri inanc sistemini dəyişərək, daha da şəfalaşacağına inandıra bilirik. Bunun üçün sadəcə inanmaq lazımdır.

-Yalan danışanı qısa zamanda anlamaq, yüzlərlə sözü bir dəfə baxaraq yadda saxlamaq bacarığı necə sahib oluruq?

-Bunun üçün xüsusi üsullar var. Bir adam bir dəfə gördüyü 20 sözü ardıcıllıqla, sıra nömrələri ilə yadından saxlaya bilirlərsə, bu onun yüksək qabiliyyətə sahib olduğunu göstərmir. Sadəcə o yolu bilir. Beynimizdən düzgün çəkildə istifadə etsək, o zaman gücümüzü də artıra bilərik.

-Bu sadaladıqlarımızı necə öyrənib tətbiq edə bilirik?

-Xüsusi problemi olan insanları NLP koçluk seansları vasitəsilə problemlərini aradan qaldırırıq, eyni şey hədəflərə daha tez çatmaq istəyənlər üçün də seminarlar keçirik. İnsanlar NLP-ni həyatlarında tətbiq etmək istəyirlərsə, onlar üçün NLP treyninqləri təşkil edilir. Bu treyninqi bitirənlərə beynəlxalq sertifikat da verilir.

-NLp sözlər vasitəsilə həyatımızı dəyişməyə kömək edir deyə bilərikmi?

-Bəli. NLP sözlər vasitəsilə həyatımızı dəyişməyə kömək edir. Verbal olaraq insanlara təsir edirik. Sözlər müəyyən simvollardır, onlar vasitəsilə bir-birimizə, beynimizdəki proqrama təsir edirik, bununla da həyatımızı dəyişə bilirik.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm