Texnoloji
Dünyada hər dördüncü telefon zərərli proqram təminatına yoluxub
“Skycure” şirkəti dünyada hər dördüncü mobil qurğunun zərərli proqram təminatına yoluxması barədə açıqlama verib. Şirkətin təhlükəsizlik təhdidlərinə həsr edilən rüblük hesabatına görə, zərərli proqramlar “Apple” istehsalı olan korporativ qurğuların 3 faizində və “Android” sistemli qurğuların 5,7 faizində quraşdırılıb.
Publika.az “ictnews.az” saytına istinadla xəbər verir ki, “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən korporativ qurğular üçün zərərli proqram təminatı (76 unikal nümunə) “iOS” (22 faiz) ilə müqayisədə müxtəlifliyi ilə seçilir.
“Google” şirkətinin mobil əməliyyat sistemi hakerlər üçün zərərli proqramların yaradılması və yayılması üçün böyük imkanlar açır. Lakin buna baxmayaraq, “Skycure” şirkətinin tədqiqatından məlum olub ki, hər iki sistem üçün zərərli proqram təminatı nümunələrinin sayı sürətlə artmaqda davam edir.
Müəssisələrdə “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən istifadədə olan hər beşinci qurğu (19,3 faiz) kənar mənbələrdən əlavələr quraşdırmağa imkan verir. Etibarsız mənbələrdən quraşdırılan proqramların əksəriyyətində zərərli proqram təminatının olmasına görə onlar korporativ məlumatların təhlükəsizliyi üçün ciddi təhlükə törədir.
Ən təhlükəsiz əlavələr mağazalarından biri “Google Play Store” (hər 1600 əlavə üçün 1 zərərli əlavə) hesab edilir. Viruslara 2 və 12 dəfə daha çox “Samsung” və “Amazon” mağazalarında rast gəlinir.
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa25 Oktyabr 16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası25 Oktyabr 15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya25 Oktyabr 15:19Şahbuz və Ordubada qar yağdı - FOTO














.jpg)








_(1).jpg)











