Texnoloji
Gələcəklə bağlı ŞOK PROQNOZLAR
7 bestseller kitabın müəllifi, 20 doktor dərəcəli alim, 3 amerika prezidentindən fəxri mükafat almış insan, bir çox texnologiya ixtiraçılarından biri Ray Kurzveildir.
"Google" şirkətində süni intellekt üzrə texniki direktor vəzifəsində çalışan Ray Kurzveil özünün texnoloji proqnozları ilə məşhurdur. Belə ki, onun 2000-2015-ci illər üzrə texnoloji proqnozunun təxminən 80-90 %-i düz çıxıb.
İndi isə sizlərə onun növbəti XXI əsr üçün texnoloji proqnozlarını təqdim edirik:

2019-cü il. Kompüter və smartfonlarda naqillər tarixə keçəcək. İstənilən texnoloji məhsul naqillərdən azad olunacaq. Mikrokompüterlər demək olar ki, hər yerə tətbiq olunacaq. Əsasən də bəzək əşyalarının, mebel, divarların bir hissəsinə çevriləcək. Fotokameralar mikroskopik dərəcədə kiçiləcək. Korlar üçün süni retina yaradılacaq. Karlar üçün bionik qulaq və digər neyroimplantantlar yaradılacaq. Onurğası zədələnmiş insanlar beyin-komputer inferfeysi ilə təchiz olunmuş ekzoskelet sayəsində yenidən gəzmək imkanı qazanacaq.
2020-ci il. Dünya əhalisinin 85%-nin internetə çıxışı olacaq. İnternet tamamilə naqilsiz və çox ucuz olacaq. Personal kompüterlər insan beyni qədər sürətli analiz gücünə gəlib çatacaq.
2022-ci il. ABŞ və Avropada robot və insanların münasibətə girməsi ilə bağlı qanun qəbul olunacaq.
2024-cü il. Süni intellekt elementləri avtomobillərin vacib bir hissəsinə çevriləcək. Kompüter köməkçisi olmayan avtomobilə əyləşməyə qadağa qoyulacaq.
2025-ci il. Üstündə gəzdirdiyiniz elektron əşyalar implantlarla əvəz olunacaq. Nanorobotlar sayəsində insanlar xəstəliklər və qocalma ilə bağlı effektiv mübarizə apara biləcəklər.
2028-ci il. Alternativ enerji mənbələri o qədər ucuz və çox olacaq ki, bütünlüklə dünya əhalisinin enerji ehtiyatını təmin edəcək.
2029-cu il. Süni intellekt real insanlardan dəfələrlə yaxşı səviyyədə Turing testini keçə biləcək. 1000 dollar dəyərində olacaq kompüter insan beynindən qat-qat güclü analiz qabiliyyətli superkompüter olacaq.
2030-cu il. Nanotexnologiya və sənayenin çiçəklənmə dövrü. Bütün məhsulların ucuz və sürətli istehsalı.
2031-ci il. 3D printerlər insan orqanlarının yetişdirilməsi üçün istənilən xəstəxanalarda istifadə olunacaq. İnsanlar könüllü olaraq kiborqa çevriləməyə başlayacaq. Kiborq insanların çoxalması ilə insan terminə yenidən baxılacaq. Beynin ayrı-ayrı neyronları ilə əlaqəli olan nanokompüter implantantlar yaradılacaq. Bu neyroimplantantlar insanın sürətli dərk etmə, yaddaşın yaxşılaşdırılması, reaksiyanın sürətləndirilməsi, öyrənmə vaxtının qısaldılmasına xidmət edəcək.
2032-ci il. Nanorobotlar insan beyninin hər bir neyronunu ayrı-ayrılıqda skan edə biləcək.
2033-cü il. Bütün avtomobillər avtomatik idarə olunacaq. Kənd təsərrüfatında istifadə olunan traktorlar, əkin sahəsində işləyən maşınlar tamamilə avtomatlaşdırılacaq.
2034-cü il. İnsanın süni intellektlə ilk görüşü. Virtual sevgilinizi bədənlə əvəz edə biləcəksiz. Süni intellektin inkişafı avtombilin sürülməsi ilə bağlı yeni qaydaların ortaya çıxmasına gətirib çıxardacaq.
2036-cı il. Biologiya elminə bir proqramlaşdırma kimi baxaraq bəşəriyyət ilk dəfə olaraq hüceyrələri yeni funksiyaların meydana çıxmasına, xəstəliklərin müalicəsinə proqramlaşdıra biləcək. (kenquru.com)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik sürprizlərlə qarşılaşa bilərsiniz.
-
Sosial15 Avqust 23:24Məşhur futbolçu oyun zamanı huşunu itirdi
-
Hadisə15 Avqust 23:12Ucarda dəhşətli qəza - Ölənlər var
-
Sosial15 Avqust 22:48Bu da Nüşabə Ələsgərlinin nəvəsi - FOTO
-
Magazin215 Avqust 21:36"Ağıllı ol, əlimdə oteldə çəkilən videoların var" - Damla və İradə arasında QALMAQAL
-
Sosial15 Avqust 21:00Əncir dərmək istədi, ağacdan yıxılıb öldü
-
Sosial15 Avqust 20:12Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanıldı - FOTO
-
İdman15 Avqust 19:56Rusiya yığmamıza 13 qol vurdu, AFFA nəticəni gizlətdi - VİDEO



















.jpg)


















