Texnoloji
Yeni ekipaj Beynəlxalq Fəza Stansiyasına çatıb
Üç nəfərdən ibarət ekipajl daşıyan Soyuz kapsulu şənbə günü səhər Yer kürəsindən 400 kilometr hündürlükdə Beynəlxalq Fəza Stansiyasına yetişib.
NASA-nın astronavtı Ketlin Rubins, Rusiya kosmonavtı Anatoli İvanişin və Yaponiya astronavtı Takuya Onişi cümə axşamı günü Rusiyanın Qazaxıstanda Baykonur kosmodromundan kosmik fəzaya göndərilib. Beynəlxaq heyət dörd ay müddətində kosmik fəzada qalacaq.
Ketlin Rubins xərçəng və yoluxucu xəstəliklər üzrə mütəxəssisdir. O, kosmik fəzada DNK molekulunun ardıcıllıq quruluşunu tədqiq edəcək.
Üç nəfərdən ibarət ekipaj Beynəlxalq Fəza Stansiyasında amerikalı Ceff Ulyams və Rusiya kosmonavtları Oleq Skropoçka və Aleksey Ovçininlə birgə işləyəcək.
NASA beş il bundan əvvəl Şattl proqramlarının sona çatdırılmasından sonra kosmik fəzaya astronavtları Rusiyanın Soyuq kosmik gəmisi vasitəsilə göndərir. ABŞ-ın fəza və aeronavtika agentiyi 2018-ci ilə qədər Boeing və SpaceX şirkətlərinin istehsal etdiyi kosmik gəmilər vasitəsilə Beynəlxalq Fəza Stansiyasına ucuşların bərpa ediləcəyinə ümid edir.
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa25 Oktyabr 16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası25 Oktyabr 15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya25 Oktyabr 15:19Şahbuz və Ordubada qar yağdı - FOTO














.jpg)








_(1).jpg)











