Texnoloji
Skype-dan qəfil XƏBƏR
"Microsoft" korporasiyası "Skype" messencerinin müasir infrastruktura keçidini başa çatdırmasını açıqlayıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, son bir neçə ildə servis "P2P" texnologiyasından istifadədən imtina edərək "bulud" serverinə üstünlük verməyə başlayıb. Bu məqsədlə korporasiya "Skype" xidmətinin "Windows Phone 8.1", eləcə də "Android" sisteminin köhnə versiyalarının dəstəklənməsini dayandırmaq niyyətindədir. Bununla mütəxəssislər platformada mövcud olan bir sıra problemləri aradan qaldıraraq abunəçilərə xidmət prosesini yaxşılaşdırmaq əzmindədirlər.
Məlumata görə, "Microsoft" "Skype"ın "Android 4.0.3", "Windows 10/7/8/XP/Vista" və "iOS 8" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğular üçün dəstəyi davam etdirəcək, lakin "Windows Phone 8" və Android"in daha köhnə versiyalarının istifadəçiləri gələcəkdə servisin son versiyalarından istifadə imkanından yararlana bilməyəcəklər.
Bir müddət əvvəl "Microsoft"un vitse-prezidenti Qurdip Pall son bir neçə ildə "Skype"da məlumatların sinxronlaşdırılması və bildirişlərin yubanması ilə bağlı çoxlu problemlərin yaranmasına görə abunəçilərin şikayət etdiyini bildirib.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto













.jpg)











_(1).jpg)










