Texnoloji
2019-2100-cü illərə ağlagəlməz proqnozlar
7 bestseller kitabın müəllifi, 20 doktor dərəcəli alim, 3 amerika prezidentindən fəxri mükafat almış insan, bir çox texnologiya ixtiraçılarından biri Ray Kurzweil-dir. Google şirkətində süni intellekt üzrə texniki direktor vəzifəsində çalışan Ray Kurzweil özünün texnoloji proqnozları ilə məşhurdur. Belə ki, onun 2000-2015 -ci illər üzrə texnoloji proqnozunun təxminən 80-90 %-i düz çıxmışdır.
İndi isə sizlərə Ray Kurzweilin növbəti yüzilliyədək olan texnoloji proqnozlarını təqdim edirik.

2037-ci il. İnsan beynini bütün sirrləri açılacaq. İnsan şüuru komputerə köçürülməyə başlayacaq.
2038-ci il. Transhumanistik texnologiyalarla robotlaşdırılmış insanların meydana çıxması. Bu insanlar müxtəlif implantantlarla təmin olunacaq, əlavə intellektə sahib olacaq.
2039-cu il. Nanorobotlar insanın sinir hüceyrələrinə implantasiya olunaraq, süni şəkildə informasiyanın ötürülməsində, kənardan idarə olunmasında köməklik göstərəcək. Nəticədə bu virtual reallığı tamamilə yeni mərhələyə keçirəcək. Nəticədə insan heç bir əlavə texnoloji alətlərə ehtiyac duymadan bütün hiss orqanları ilə virtual reallığı kəşf edə biləcək.

2041-ci il. İnternetin sürəti bugünkündən 500 milyon dəfə sürətli olacaq. Axtarış sistemləri isə hər yerə əlavə olunacaq. Axtarış sistemində sorğu beyin gücünə idarə olunacaq.
2042-ci il. Bəşəriyyət nanorobotların sayəsində ölümsüzlüyə bir addım daha yaxınlaşacaq. Bu nanorobotlar insanın immun sisteminin bir hissəsinə çevrilərək orqanizmi xəstəliklərdən azad olunmağa xidmət edəcək.
2043-cü il. Çoxlu sayda nanorobotlar sayəsində insan bədəni istənilən forma almaq imkanı yaradılacaq. İnsanın daxili orqanları kibernetik texnologiyalarla əvəz olunacaq, hansı ki, insanın bioloji orqanlarından daha sürətli və effektiv işləyəcək.
2044-cü il. Süni İntellekt insandan milyard dəfə şüurlu olacaq.

-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto













.jpg)











_(1).jpg)










