Texnoloji
Yolların təmirində robotlardan istifadə olunacaq
Rusiyanın Tomsk Politexnik Universitetinin tələbəsi Vsevold Raçis yol örtüyünün kiçik təmiri üçün robot layihəsi hazırlayıb.
Publika.az “ictnews” saytına istinadla xəbər verir ki, V.Raçis Tomsk Universitetinin digər tələbələri ilə birlikdə layihə üzərində üç ay çalışıb. Tələbələrin sözlərinə görə, robot avtomobil yol işçisini düzəltmək ideyası onlarda avtomobillə səfər zamanı yaranıb. Yolda təkərlər üzərində hərəkət edən robot kamera vasitəsilə çuxurlar axtarır. Asfalt örtüyünün zədələnməsini aşkar edən qurğu onu ultrasəsli ötürücü ilə skan edir, dərinliyin xəritəsini çəkir, daha sonra çuxuru xüsusi emulsiya ilə doldurur.
Robot prototipi ötən həftə Moskvada keçirilən strateji təşəbbüslər forumunda nümayiş olunub. V.Raçis işlək modeli tələbə həmkarları ilə birlikdə təxminən iki ildən sonra yaratmağı planlaşdırır. Bildirilir ki, robot yollarda avtonom işləyə biləcək. Lakin onun çuxurlara artıq nə isə tökməməsi üçün ilkin mərhələdə iş zamanı insanın iştirakı məsləhət görülür.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto













.jpg)











_(1).jpg)










