Texnoloji
Marsda və Ayda aşkarlanan "58" rəqəminin ŞOK SİRRİ - VİDEO
Virial arxeoloqlar Marsda və Ayda fantastik nişanları araşdırmağa davam edir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, NASA nümayəndələri artıq ənənəvi olaraq iddia edirlər ki, bu nişanların kölgələrin oyunu, yoxsa göz aldanması olduğunu izah etmək çətindir.
Məsələn, Google servisinin köməyi ilə hər şeylə maraqlanan tədqiqatçılar kosmosda "58" rəqəmini aşkar edib. Özü də bu rəqəm həm Ayda, həm də Marsda görünüb. Bu rəqəmlərin hər iki kosmik obyektlərdə yazılışı bir-birinə çox oxşayır. Qırmızı planetdə sirli rəqəm belə yerləşir: 23 dərəcə, 0 dəqiqə, 11 saniyə qərb uzunluğu və 1 dərəcə, şimal en, 29 dəqiqə, 8 saniyə şimal eni. Ayda aşkarlanan nişan haqqında hələlik məlumat verilmir.
Bəzi ufoloqlar güman edirlər ki, bu nişanlar daha inkişaf etmiş kənar sivilizasiyaların nümayəndələri tərəfindən qeyd edilib. Bu isə bizim üçün sirr deməkdir. Qeyd edək ki, vaxtilə onlayn-arxeoloqlar Marsda "6" rəqəmini də tapmışdılar, lakin bu tapmacanın açarı hələ də tapılmır.
Digər ufoloqlar daha cəsarətli ehtimallar irəsi sürüb. Belə ki, onlar "58" rəqəmimin bizim sivilizasiyanın sıra nömrəsi ola bildiyini güman edir. NLO-ların öyrənilməsi ilə məşğul olan Amerikanın “Zona 51” laboratoriyasından alınmış məxfi məlumatlara əsasən planetimizdə 56-dan çox kənar sivilizasiyaların nümayəndələri iştirak edir. Bəlkə də, yer əhlinin sıra nömrəsi "58"-dir.
Məlumat üçün bildirək ki, “Zona-51” Nevada ştatında Las-Veqas şəhərinin şimal-qərbində böyük ərazini əhatə edir. Amerika hərbçiləri burada ən yeni texnologiyaları sınaqdan keçirirlər. Elə nüvə poliqonu da burada yerləşir. Saysız-hesabsız məxfi laboratoriyalarda minlərlə mütəxəssis çalışır.
Aytən
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək

































.jpg)

