Texnoloji
“Google”dan yenilik
“Google” hesabda şübhəli aktivlik barədə real vaxt rejimində xəbərdarlıq edəcək.
Mobil qurğu və kompyuterlərin təhlükəsizliyi yalnız istifadəçilər üçün deyil, həm də tərtibatçılar üçün baş ağrısıdır. "Google" şirkəti yeni bildiriş sistemi tətbiq edərək qurğu sahiblərinin hesablarını qorumaq üçün yeni cəhd göstərir. Bundan əvvəl tərtibatçılar istifadəçilərə hesabda şübhəli aktivlik barədə xəbərdarlığı elektron poçt vasitəsilə göndərirdilər, ancaq belə yanaşma mükəmməllikdən uzaqdır: hesaba müdaxilə etmiş haker asanlıqla "Gmail" poçt sisteminə də giriş edə bilər.
Yeni sistemin əsas özəlliyi ondan ibarətdir ki, istifadəçi öz hesabında baş verənlər barədə real vaxt rejimində xəbərdar olur. Kimsə başqa qurğu və ya başqa brauzerdən hesaba daxil olan kimi yeni bildiriş sistemi işə düşəcək. Tərtibatçılar tərəfindən keçirilmiş araşdırmaya əsasən, istifadəçilər "Push" xəbərdarlıqlara 4 dəfə daha çox diqqət yetirir.
"Google" şirkəti, həmçinin xatırladır ki, "Android" sistemi ilə işləyən qurğuların sahibləri "Recent Account Activity" funksiyası hesablarından xəbərsiz istifadə edilməsini öyrənə biləcək. Yaxın vaxtlarda həmin funksiyadan istifadə etmək mümkün olacaq.
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc


































.jpg)

