Texnoloji
Real həyatdan şrift və rəngləri nüsxələyən cihaz: Specter
Dizaynerlərin bəzi məsələlərdə çətinliklərlə üzləşdiyi hamı tərəfindən bilinən bir faktdır. Müxtəlif şrift və rəngləri olduğu kimi tapmaq üçün bəzən saatlarla vaxt sərf edə, hövsələdən çıxa bilərlər. Nəticədə isə rəng tam eyni olmaya, şriftin müxtəlif simvolları fərqlənə bilər.
Bütün bunları nəzərə alaraq, yeni bir cihaz istehsal etməyə hazırlaşan Fiona Oleary inqilabi bir yeniliklə diqqət cəlb edir. Onun diplom işi olan bu cihaz əsl möcüzədir.
Specter adlı bu kiçik ölçülü cihaz şrift və rəngləri avtomotik şəkildə tanıyaraq, kompüterə ötürür və Adobe inDesign proqramında açır. Sizin etməli olduğunuz tək şey cihazı lazımlı şrift və ya rəng olan kitab (və ya digər vasitə) üzərinə yerləşdirmək və yuxarı hissəsində olan düyməni basmaqdır. Cihazın daxilində yerləşən kamera nümunənin fotosunu çəkir və məlumatları nəzərdən keçirərək, elektron formata yollayır. Bu nümunə üzərində şrift və ya rəng müəyyən edilir.
Əgər sizin yanınızda kompüter yoxdursa, bu da problem deyil. Spector cihazı 20-yə qədər nümunəni yaddaşında saxlaya və daha sonra incələyə bilir.
Hələ ki prototip mərhələsində olan bu cihazın tezliklə istehsal olunub, satışa çıxarılacağı güman edilir. Bir çox dizaynerlər bu xəbərdən şad olacaq!
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO












.jpg)






.jpg)






_(1).jpg)










