Texnoloji
Telefonunuza gələn gizli zəngləri açmağın yolları
Yəqin ki, bir çox insanlara gizli (soclir) zənglər
gəlir. Belə naməlum zənglərin gəlməsi istər-istəməz telefon
istifadəçilərini narahat edir.
Hər kəs gizli zəngin kim tərəfindən olunması ilə maraqlanır və
həmin adamı müəyyən etməyin yollarını axtarır.
Publika.az xəbər verir ki, gizli zənglərin təyin olunması üçün 3
yol var.
Birinci üsul. Əgər siz Azercell abonentisinizsə və sizə gizli
nömrədən zəng gəlirsə, bu zaman sizə həmin gizli zəngi açmaq üçün
Bakcell nömrə lazımdır. Sizin nömrəyə (Azercell-ə) zəng gələn zaman
Bakcell nömrə də açıq olmalıdır. Sizə zəng gələ-gələ telefonunuzla
**67*055-------# kodunu yığın. Sonra isə dərhal telefonunuzun NO
düyməsini basın. Yəni zəngi söndürün. Bu zaman zəng sizin Bakcell
nömrənizə yönlənəcək və Bakcell nömrə olan telefonda gələn zəng
açıq görünəcək.
İkinci üsul isə ev nömrəsi vasitəsilə gizli zəngi aşkarlamaqdır.
Bunun üçün **21*+994 şəhər və ya rayon kodu _Ev nomrəsi #yes
yığılır. Qeyd edək ki, ev telefonu nömrə yazan olmalıdır. Bundan
sonra sizə gələn zənglər ev telefonuna yönlənəcək. Gələn gizli
nömrə isə açıq düşəcək. Yönləndirmədən çıxmaq üçün isə ##002 kodunu
yığmaq lazımdır.
Üçüncü usul. Sonuncu qaydanın tətbiqi üçün 2 nömrə - Azercell ve
Bakcell nömrələr olmalıdır. İlk olaraq Azercell nömrənizi
yönləndirirsiniz BakCell nömrəsinə, hansıki bu Bakcell nömrəyə
gizli nömrə düşməlidir. Sadəcə olaraq nömrəni yönləndirən zaman "nə
zaman məşğuldur" ayarını seçməlisiniz. Sonra isə Azercell-ə zəng
edib operatorun XƏBƏRDARLIĞINI - "Bu nömrə başqa nömrəyə
yönləndirilmişdir. Xahiş edirik gözləyin" sözlərini ləğv etdirmək
lazımdır. Bundan sonra sizə gizli zənglər gələn zaman "odboy"
etməklə telefon məşqul göstərir və gələn zəngi Bakcell nömrəsinə
yönləndirirsiniz. Nəticədə gizli nömrə aşkarlanmış olur. Qeyd edək
ki, istifadə edəcəyiniz hər iki nömrədə zəngimcell olmamalıdır.
qadın.biz
-
Art19:24Xalq artistinin səhhəti necədir? - Köməkçisindən AÇIQLAMA
-
Nida Xəbər 17:40Ukraynalı filosof: "Heydər Əliyevin xatirəsi təkcə kitablarda, abidələrdə yaşamır!”
-
Nida Xəbər 17:25Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri - Tarixi faktlar və rəylər
-
İqtisadi gündəm16:58Qızılın qiyməti yüksəlir: Daxili bazarda son vəziyyət necədir - VİDEO
-
Magazin216:13Müğənnilər birləşib atı "övladlığa" götürdülər
-
Region13:56Hərbçi qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü
-
Hadisə12:05Bakıda dəhşət: Keçmiş həyat yoldaşı və qayınanasını öldürüb intihar etdi
-
İdman11:43DÇ-nin açılış oyununda qol vuran ulduzun nişanlısından ecazkar fotolar








































