Texnoloji
Etibarsız mənbələrdən enerji dolduran zaman məlumatlar...
Mobil qurğunu ictimai yerlərdə və ya kənar kompyuter vasitəsilə enerji ilə dolduran zaman onda saxlanılan informasiyanın başqalarının əlinə keçməyəcəyinə əmin olmaq qeyri-mümkündür. “Kasperski laboratoriyası” şirkətinin mühəndisləri belə düşünür.
Publika.az “ictnews.az” saytına istinadla xəbər verir ki, ictimai enerji doldurma stansiyaları smartfon və ya planşetin akkumulyatorunu təcili enerji ilə doldurmaq zərurəti yarananda əvəzedilməzdir. Bununla belə, stansiyalar qurğulardan informasiya toplayaraq onlara zərərli proqram təminatı quraşdırmaqla məlumatların təhlükəsizliyi üçün ciddi təhdid yarada bilərlər.
“Kasperski laboratoriyası” mühəndisləri öz növbəsində smartfonun etibarsız mənbələrdən enerji ilə doldurulması zamanı fərdi informasiyanı mühafizə etməyə imkan verən xüsusi qurğu icad ediblər. USB toplayıcısına bənzər “Pure.Charger” qurğusu smartfonun enerji mənbəyinə qoşulması zamanı keçirici rolunu oynamaqla məlumatların ötürülməsini avtomatik bloklayır və yalnız elektrik enerjisinin ötürülməsinə imkan verir.
“Pure.Charger” yaradıcılarının fikrincə, məlumatların mühafizəsinə görə narahat olan istifadəçilər mükafatlandırılmalıdır. Belə ki, mobil qurğuların təhlükəsiz enerji ilə doldurulmasına görə onların hesabına ballar köçürüləcək ki, bunu da sonradan xüsusi mağazada xərcləmək mümkün olacaq.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO












.jpg)






.jpg)






_(1).jpg)










