Texnoloji
İnternetdə inqilabi dəyişiklik - “Flash”dan imtina edilir
“Google” şirkəti “Chrome” brauzerində “Flash” texnologiyanın dəstəyinin dayandırılacağını rəsmən bəyan edib. “Mozilla Firefox” brauzerinin tərtibatçıları da müvafiq bəyanat veriblər.
Publika.az xəbər verir ki, “Flash” internetdə geniş istifadə olunan texnologiyadır. Lakin bu texnologiya veb-səhifələrin 90 faizini həddən artıq yükləyir, nəticədə veb-səhifələrin yüklənməsinə xeyli vaxt sərf olunur. Bundan başqa, “Flash” texnologiyasında müntəzəm kritik boşluqlar aşkar edilir ki, bu da hakerlərə istifadəçi məlumatlara müdaxilə etməyə imkan verir.
“Google”un nümayəndələri bildirirlər ki, sentyabrda istifadəyə veriləcək “Chrome 53” versiyasında “Flash” texnologiyası bloklanacaq.
“Mozilla” isə konkret müddət bildirməyib. Ancaq tərtibatçılar iddia edirlər ki, “Flash”dan imtina brauzerin işləməsində ləngimə və başqa problemlərin yaranmasını 10 faiz azaldacaq.
“HTML5” texnologiyasından istifadə brauzerin işini sürətləndirəcək, çünki səhifəni daha effektiv təsvir edir. Populyar resursların əksəriyyəti “HTML5”-i dəstəkləyir.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO












.jpg)






.jpg)






_(1).jpg)










