Texnoloji
ŞOK: İnternet yaddaşı məhv edir
İnternet bir çox işləri sadələşdirib, saysız-hesabsız informasiyanı əlçatan edib. Mobil internet sayəsində isə maraq doğuran hər bir suala istənilən məkanda cavab tapmaq mümkündür.
Publika.az Sputnik-ə istinadən xəbər verir ki, amma beyni inkişaf etdirməyi unutmaq olmaz. Məsələ bundadır ki, cəmi bir neçə sadə əməliyyatla informasiyanı asanlıqla əldə etmək imkanı yaddaşa pis təsir göstərir. Kaliforniya Universitetinin (ABŞ) Santa Kruz filialında aparılan tədqiqatın nəticələrindən belə məlum olub.
Eksperimentdə iştirak edən adamlar müxtəlif mürəkkəb suallara cavab veriblər. Onları iki qrupa ayırıblar. Birinci qrupun üzvləri cavablar üçün öz yaddaşından, ikinci qrupun üzvləri isə axtarış sistemindən istifadə ediblər. Sonra iştirakçılara istədikləri metodun köməyi ilə daha sadə suallara cavab vermək imkanı verilib.
Məlum olub ki, sırf öz yaddaşına güvənən qrupun üzvləri ilə müqayisədə internetdən istifadə edənlər yenə də eyni üsula müraciət ediblər. Bundan əlavə, onların 30 faizi suala cavab tapmaq üçün heç düşünmək istəməyib. Onlar sadəcə internetdən istifadə ediblər.
Texnologiyalardan bu cür asılılıq heç də yaxşı hal deyil. Ancaq internetin bu xüsusiyyətinin dünyanın işlərinə həqiqətən ciddi təsir edib-etməyəcəyini yalnız zaman göstərəcək.
-
Ekologiya08:45Azərbaycana sərt qış gəlir: bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI
-
Dünya07:35Onlarla ölkəni narahat edən nüvə təhlükəsi - Bu qış nələr baş verə bilər?
-
ABŞ06:16ABŞ Yaxın Şərqə daha bir nəhəng hərbi qüvvə göndərdi - İrana qarşı yeni plan işə düşür?
-
Avropa05:45Avropaya üz tutan miqrantlar Afrikaya göndəriləcək - Beş ölkədən qərar
-
Ekologiya03:44Noyabrın sonunadək Bakıda hava necə olacaq? - Xəbərdarlıq
-
ABŞ02:19ABŞ banklarında kütləvi nasazlıq yaşanır - Gözlənilən “rəqəmsal qiyamət” başladı?
-
Region16 Noyabr 22:32Tehranda HHM sistemləri işə düşdü: Atəş səsləri eşidildi - Nə baş verir?
-
Sosial16 Noyabr 19:00Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar




































.jpg)