Texnoloji
iPhone örtüyü evdə hazırlana bilər
Sürətlə inkişaf edən texnologiyanın son məhsullarından biri olan 3D printerlər, yeni bir dövrün qapısını açıb.
Ucuz xam maddə ilə evdə istənilən əşyanı təmir və ya hazırlamaq
mümkün olacaq.
Ucuz xam maddələri əridib, müəyyən formaya salaraq istənilən əşyanı
istehsal etmək artıq mümkündür. Məsələn iPhone örtüyü, oyuncaq və
hətta şokolad kimi ehtiyaclar evdə istehsal oluna bilər.
Gələcəkdə isə süni orqan və ya ət kimi obyektlər bu cihazlarla hazırlana biləcək. 3D printerlərin satış qiymətləri təxminən 1000 dollardan başlayır. Printerlərin istifadəsi üçün nəzərdə tutulan xam maddənin 1kiloqramı isə 49 avro təşkil edir. Kabel olaraq istifadə olunan bu xammal, cihaz tərəfindən əridilir. Kompüterdə hazırlanan obyektlər, ərimiş xam maddə ilə şəkil alır. Məsələn, bir iPhone örtüyünün ağırlığı 15 qramdır. Bir kiloluq xam maddədən təxminən 70 ədəd iPhone örtüyü ixrac oluna bilər. Bazarda satılan 3-5 manatlıq bir iPhone örtüyü təxminən 0.5 qəpiyə bərabər olur.
3D printerləri istifadə etmək üçün bir dizayner və ya mühəndis
olmağa ehtiyac yoxdur. Artıq 3D printerlər üçün veb saytlar
hazırlanıb. Bu kimi saytlardan pulsuz olaraq dizaynlardan istifadə
etmək mümkündür.
Bu texnologiya ilə başda toxuculuq və avtomobil olmaq üzrə bir çox
sektorun istehsal modeli dəyişəcək. 3D printerlər hal hazırda bir
hobbi cihazı kimi istifadə edilsə də gələcəkdə sənaye üçün ciddi
bir istehsal sektoru halına çevriləcək. Mebellərin qırılan bir
parçası və ya avtomobillərin qapı qolu bu printerlərlə çıxarıla
biləcək.
Odər Qəni
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək















.jpg)





.jpg)


















