Texnoloji
Dünyada ən genişformatlı monitor nümayiş etdirilib
“LG” şirkəti “UltraWide” genişformatlı monitorlar seriyasına üç yeni model əlavə edib. Tərəflərin nisbəti 21:9 olan və dünyada ən böyük monitor kimi qələmə verilən “38UC99” modeli xüsusi diqqətə layiqdir. Bu model 38 düymlük bükük ekran (3840x1600 piksel) və “IPS” matrisə malikdir.
“USB Type-C” portu ilə təchiz edilmiş ilk genişformatlı monitor sentyabrda 1500 dollara satışa çıxarılacaq. 34 düymlük ekrana malik daha bir bükük model oyun həvəskarları üçün nəzərdə tutulub. Bu monitor, həmçinin təsvirin yeniləmə tezliyi yüksək olan (144 QHs) “IPS” matrislə təchiz edilib. Bu modeli oktyabrda 700 dollara almaq mümkün olacaq.
Düz ekrana malik 34 düymlük “34UM79M” modeli noyabrda 600 dollara satışa çıxarılacaq. Bu model video və başqa məzmunun yayımı üçün daxili “Google Cast” dəstəyinə malikdir.
Yeni modellər 2-7 sentyabr tarixlərində Berlində keçiriləcək “IFA” istehlak elektronikası sərgisində nümayiş etdiriləcək.
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc


































.jpg)

