Texnoloji
"Wi-Fi"ı bu qadın kəşf edib
Hedi Lamar 1949-cu ildə "Samson və Delilah" filmi ilə bütün dünyada tanındı. Hedi, tezlik dəyişdirmə texnikasını inkişaf etdirdi və 1942-ci ildə "Şifrəli Radio Mesajlaşması" sahəsində patent aldı.
Vyanadanolan Hedi Lamar, bir kino ulduzuidi və orduya silah, təyyarə satan bir tacirlə evli idi. Həyat yoldaşı ilə birlikdə qatıldıqları yeməklərdə adətən silah texnologiyası barədə söhbətlər gedərdi və məşhur aktrisa bu səbəbdən müdafiə texnologiyalarına xüsusi maraq hiss edərdi.
Evlərindəki dəvətlərə Hitlervə Mussolinininqatıldığı bilinir. Almanların uzaqdan idarə edilən partlayıcı qutuları yaratmaq istədiyini həyat yoldaşından eşidən Hedi, bu mövzu ilə yaxından maraqlanmağa başladı. Həyat yoldaşından boşandıqdan sonra, 1938-ci ildə Hollivuda yerləşdi.

1940-cı ildə o, qonşuluqda yaşayan və musiqişünasolan G.Anteyləuzaqdan idarə olunan qutular haqqında düşüncələrindən danışdı. Məqsədi, uzaqdan idarə edilən partlayıcı qutularının, düşmənin siqnal qarışıdırıcıları (jamming) səbəbi ilə idarə etməsinin itirilməsinə mane olmaq idi. Qutunu yönləndirən radio tezliyi düşmən tərəfindən ortaya çıxarıldığı zaman avtomatik olaraq kilidlənir və idarəetmə itirilirdi. Hedi, bunun həllini tapmışdı, amma texniki dəstəyə ehtiyacı var idi. Uzaqdan idarə etmə alətinin (pult) radio tezliyi daimi olaraq dəyişdirilsə,düşmənin müdaxilə imkanı qalmazdı. Ancaq radio və partlayıcı qutuları eyni anda tezliklərini dəyişdirməli idilər. Bu mövzuda qonşusu Ateyl ona kömək etdi. Həll üsulu, deşikli kağız rulonlara qeyd edilən notlara görə musiqi çalan pianolar idi. Radio vericisinə və qutuya yerləşdirilən və eyni notlar ifa edənrulonlar, tezliyi eyni anda dəyişdirəcəkdilər. Kəşfin patentini 1942-ci ildə almaqlarına baxmayaraq, ordu bununla maraqlanmadı.
Oxşar bir sistem, başqaları tərəfindən 1957-ci ilə tranzistor istifadə edərək hazırlandı. ABŞ ordusu, 1962-ci ildə çıxan Kuba krizində bu sistemdən istifadə etdi. O tarixdə Hedinin patentinin vaxtı bitmişdi. Elektronikanın Qabaqcılları Dərnəyi 1997-ci ildə Hedinin patentini gördü və ona Elektronika Qabaqcılı Ordenini verdi. Hedi Lamarrın tapdığı bu uzaqdan idarəli qutuların, bugünün "Wi-Fi" və "Bluetooth" kimi uzaqdan qoşulma texnologiyalarının əsası olduğu bildirilir. (technote.az)
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc


































.jpg)

