iPhone7-nin qiyməti açıqlandı - FOTO- VİDEO
Bizi izləyin

Texnoloji

iPhone7-nin qiyməti açıqlandı - FOTO- VİDEO

iPhone 7-nin 32 gigabytlıq versiyası 649 dollara, iPhone 7 Plus isə 749 dollara başa gələcək. Smartfon 32, 128 və 256 qiqabayt daxili yaddaş tutumu ilə satılacaq.

Yeni smartfonun sifarişi sentyabrın 9-dan başlayacaq. "İlk dalğa" ölkələrində 16 sentyabrdan satışa start veriləcək. Rusiyanın da daxil olduğu "ikinci dalğa" ölkələrində isə yeni iPhone sentyabrın 23-də satışda olacaq.

***

Tim Kukun dediyinə görə, yeni əməliyyat sistemi olan iOS 10 Apple korporasiyasının ən güclüü mobil yenilənməsidir.

Yeni iPhone 7 təqdim olundu. Smartfonda iki kamera var və dizayn daha da minimalist olub. Smartfon qızılı, çəhrayı, gümüşü və qara rənglərdə satılacaq.

Yeni, 12 meqapiksellik kamerada görüntü stabilizatoru, 4 LED "fləş", 10 qatlıq rəqəmsal "zum" var.

iPhone 7 sudan "qorxmur".

Smartfonun ekranı daha da parlaqdır.

iPhone 7 Plus da təqdim olundu və bu simartffonda da 5 qatlıq rəqəmsal "zum"lu, 12 meqapiksellik kamera var. Ön kamera isə 7 meqapikseldir.

Smartfonları "Home" dyüməsi artıq sırf mexaniki deyil, əvəzinə təzyiq sensoru ilə təchiz olunub, taktil həssaslığı artırılıb.

iOS 10-da isə Siri, xəritələr, klaviatura, HomeKit yenilənib.

21:54

Tim Kukun dediyinə görə, ABŞ-da 114 məktəb Apple ConnectED sisteminə qoşulub. Korporasiya məktəblilərə 50 min iPad bağışlamaq niyyətindədir.

"Everyone Can Code" proqramı isə minlərlə şagird və məktəbliyə "Swift" proqramında kodlaşdırmağı öyrədir.

Tim Kuk Apple Watch 2-ni təqdim edib. "Ağıllı" saat S2 prosessoru ilə təmin olunduğundan iş vaxtı 50 faiz uzanıb. Üstəlik, saat 50 metr dərinlikdə suya da "dala" bilir.

Ümumiyyətlə, yeni smart-saat aktiv və idmanı sevən insanlar üçün hesablanıb.

Tim Kukun dediyinə görə, Apple Watch hazırda dünyada populyarlıq baxımından Rolex-dən sonra ikinci brenddir.

21:29

ABŞ-ın San-Fransisko şəhərindəki "Bill Graham Civic Auditorium"da Apple korporasiyasının yeni məhsullarının təqdimat mərasiminə başlayıb.

Milli.Az Apple-in rəsmi saytına istinadən bildirir ki, mərasimi Apple-in baş direktoru Tim Kuk başlayıb. Mərasimdə Tim Kukun avtomobildə gedərək güldüyü anların əks olunduğu video nümayiş olunub.

Daha sonra səhnəyə əfsanəvi "Super Mario" oyununun müəllifi Siqeru Miyamoto qalxıb. Onun sözlərinə görə, "Super Mario Run" oyunun iOS əməliyyat sistemi üçün versiyası hazırlanıb.

İlkin məlumatlara görə, yeni iPhone 7 smartfonu qızılı, boz və çəhrayı rənglərdə istehsal olunacaq. Smartfonun "büdcə", "bahalı" və "eksklüziv" variasiyaları nəzərdə tutulub.

iPhone 7-nin ekranının dioqanalı 4,7 düym, göstəriciləri isə 1334x750 piksel olacaq. Telefonda 2 qeqabaytlıq operativ yaddaş, Apple A10 prosessoru, 12 meqapiksellik kamera olacaq. Smartfonun akkumulyatorunun tutumu 1960 milliamper-saatdır.

Yeni iPhone 7 qulaqcıqlara yalnız Lightning konnektoru ilə qoşuulacaq.

Mərasimdə MacBook Pro 2016 noutbuku və Apple Watch 2 "ağıllı" saatı da təqdim olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm