Texnoloji
Gürcüstan kanalları da “Azərspace-1”ə qoşulur
Azərbaycanın peyk operatoru “Azərkosmos” ASC və Gürcüstanda “DTH” (Direct-to-Home, birbaşa peyk yayımı) operatoru kimi fəaliyyət göstərən “Iveriasat” şirkəti arasında “Azərspace-1” peykinin tutumlarının uzunmüddətli icarəsinə və DTH platformasının peykə çıxarılmasına dair müqavilə bağlanıb.
Sözügedən qapalı platformanın peyk üzərindən yayıma çıxarılması platformaya daxil olan kanallara Gürcüstanla yanaşı, Avropa və Yaxın Şərq ərazisində də baxmaq imkanı verəcək. “TV11”, “Global Media Group” və “Viasat” kimi populyar kanal paketlərinin daxil olduğu platforma 60-dan çox kanalı özündə birləşdirəcək.
“Iveriasat” şirkəti “DTH” xidmətlərini göstərərək Gürcüstanın SD (standard rezolyusiyalı) və HD (yüksək rezolyusiyalı) formatında olan televiziya və radio kanallarının “MPEG4” standartında kodlaşdırılmış yayımını təşkil edir. Sözügedən şirkətin cari ilin 11 aprel tarixində Tiflis şəhərində keçirilmiş rəsmi açılış mərasiminə qatılan “Azərkosmos” ASC-nin nümayəndə heyəti ilə “Iveriasat” şirkəti arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə edilib.
Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, “VSAT” şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılmış və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46 dərəcə Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.
-
Cənubi Qafqaz15:52Moskva-İrəvan xəttində dəmir yolu böhranı - Ermənistan Rusiyaya etiraz edir
-
Rəsmi xronika15:43İlham Əliyev Azərbaycanla Özbəkistan arasında iki sənədi təsdiqlədi
-
Sosial15:22Birdəfəlik sosial müavinətlər ödənildi
-
Magazin114:46“Boşanmalarda 99% qız tərəfi günahkardır” - Aşıq Zülfiyyə
-
Region14:10Ermənistan parlamentində müzakirə: Müxalifət hansı ölkəyə işləyir?
-
ABŞ13:46Vens xalqa səsləndi: Təşvişə düşməyin, amma ... - Nə baş verir?
-
İdman13:10Messinin həyat yoldaşı Maçu Pikçudan cazibədar FOTOLAR paylaşdı
-
Avropa12:04Bu ölkənin prezidenti Saakaşvili haqda ədəbsiz ifadə işlədib - Lavrov adını açıqladı







































